PASHA Bank Gürcüstan Batumidə keçirilən XIII Xəzər Enerji Forumuna dəstək verib

PASHA Bank Gürcüstan Batumidə keçirilən XIII Xəzər Enerji Forumuna dəstək veribSentyabrın 4-də Batumidəki Hilton otelində regionun önəmli biznes tədbirlərindən biri – XIII Xəzər Enerji Forumu baş tutub. Forum Forbes Georgia və Caspian Energy Clubun təşkilatçılığı, həmçinin PASHA Bank Gürcüstanın dəstəyi ilə gerçəkləşib. Tədbirdə Azərbaycan, Gürcüstan və Qara dəniz–Xəzər regionundan 100-ə yaxın yüksək səviyyəli qonaq iştirak edib.
Baş tərəfdaş qismində çıxış edən PASHA Bank Gürcüstan regional əməkdaşlığı və dayanıqlı iqtisadi inkişafı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib. Bank Gürcüstanda enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir və bununla da ənənəvi bankçılıqdan kənara çıxaraq strateji sahələrin inkişafına və sərhədlərarası əməkdaşlığa töhfə verməyi hədəfləyir.
"Enerji PASHA Bank Gürcüstanın strateji prioritetidir və portfelimizin təxminən 14 faizini təşkil edir. Biz su elektrik stansiyalarını maliyyələşdirmişik, SOCAR-la qaz şəbəkəsinin genişləndirilməsini dəstəkləmişik, Cənubi Qafqaz Qaz Kəmərinin təhlükəsiz istismarını təmin etmişik. Son olaraq isə 100 MVt gücündə günəş enerjisi layihəsinə sərmayənin yatırılmasına vasitəçi olmuşuq. Bütün bunlar Gürcüstanın enerji sektorunda etibarlı maliyyə tərəfdaşı rolumuzu təsdiqləyir," – deyə PASHA Bank Gürcüstanın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Ramil İmamov bildirib.
Forumun əsas məqsədi enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirmək, həmçinin biznesin qarşısındakı aktual çağırışları müzakirə etmək olub. "Davos formatında" təşkil edilən tədbirdə açılış çıxışları, ekspert panelləri, CEO turları və yeni tərəfdaşlıqlar üçün şəbəkələşmə imkanları yer alıb.
Təşəbbüsə Azərbaycan Biznes Assosiasiyası və digər regional təşkilatlar dəstək verib. Baş sponsorlar sırasında PASHA Bank Gürcüstanla yanaşı SOCAR, CMC, Achar Energy, CCEH və Caspian Service də olub.
Xəzər Enerji Forumuna dəstək göstərməklə PASHA Bank Gürcüstan bir daha Gürcüstan, Azərbaycan və Qara dəniz–Xəzər regionu arasında körpü rolunu gücləndirdiyini, həmçinin enerji, nəqliyyat və logistikanı regional inkişafın mühüm hərəkətverici qüvvələri kimi dəstəklədiyini nümayiş etdirib.
PASHA Bank Gürcüstan haqqında:
PASHA Bank Gürcüstanda 13 ildir fəaliyyət göstərir və bizneslərə tam spektrli korporativ bank xidmətləri təqdim edir. Bank, regionun ən iri Azərbaycan holdinqlərindən biri olan PASHA Holdingin tərkibinə daxildir. PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərir və regionda bizneslərin güclü maliyyə tərəfdaşıdır.

/ banker.az

Banklar     Tarix: 17 sentyabr 2025

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin