"Finoko" BOKT-un mənfəəti 3 dəfəyə yaxın azalıb
"Finoko" ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 65 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 186 min manat olub ki, bu da illik müqayisədə 2.9 dəfə azdır.
Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında "Finoko"in faiz gəlirləri 2 milyon 936 min manat, faiz xərcləri 1 milyon 781 min manat, qeyri-faiz gəlirləri 311 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 406 min manat təşkil edib.
Bu il iyulun 1-nə "Finoko"nun aktivləri 34 milyon 833 min manat olub ki, bu da illik müqayisədə 1.3% azdır. Bunun 22 milyon 260 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 3% böyüyüb.
Qeyd edək ki, "Finoko" BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
5 liderlik göstəricisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ev şəraitində pul qazanmağın yolları