"Fitch" Azərbaycanın bank sektorunun son durumunu açıqlayıb
"Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşıb. Lakin bu sektor kifayət qədər zəif olaraq qalır. Bunu "Fitch-in Banking System Indicator"da bank sektorunun "b" reytinqi ilə qiymətləndirilməsi sübut edir".
Bu barədə "Fitch Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanla bağlı apardığı qiymətləndirmədə bildirilib.
Fitch qeyd edib ki, Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ildə rekord minimum səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi dəstəkləyib.
"Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilidə 13,5 % (2022-ci ilin sonunda 15,2 %) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb" – Fitch qeyd edib.
Agentlik həmçinin əlavə edib ki, depozitlərin dollarlaşması 2023-cü ildə 40%-dən aşağı düşərək, 35%-lik tarixi orta səviyyəyə yaxınlaşıb, 2023-cü ilin sonunda xarici valyutada olan kreditlər ümumi portfelin 19%-nə (2022-ci ilin sonunda 20%) düşüb. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Ən çox soruşulan müsahibə sualları hansılardır?