"Fitch": Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
2023-cü ildə Azərbaycanın zəmanət verilmiş dövlət borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 21,8 %-ə çatdıqdan sonra 2026-cı ildə bu göstəricinin 22,7 %-ə yüksələcəyi gözlənilir.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı açıqlamasında bildirilir.
Bununla belə, agentlik bəyan edib ki, bu, "Fitch"in investisiya dərəcəsi verdiyi ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
"Son illərdə Azərbaycanın xarici dövlət borcu azalıb, onun valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən 2/3-si rəsmi kreditorların payına düşür. Əgər 2022-ci xarici borc 6,4 milyard ABŞ dolları təşkil edirdisə, 2023-cü ildə 6 milyard ABŞ dollarına düşüb və ÜDM-in 8,2 %-i qədər olub. Bunun da böyük hissəsi Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır", - deyə "Fitch" bəyan edib.
"Fitch": Azərbaycan CƏB üzrə profisitinin ÜDM-nə nisbəti azalacaq
2024-cü ildə Azərbaycan cari əməliyyatlar balansı (CƏB) üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 9,3 % proqnozlaşdırılsa da, 2026-cı ildə bu nisbət 6,4 %-ə düşəcək.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı açıqlamasında bildirilir.
Bununla belə, agentlik hesab edir ki, neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, CƏB üzrə profisitin ÜDM-ə nisbəti "BBB" kateqoriyas üzrə ən yüksək həddə olacaq. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları