G7 Rusiya neftinə tətbiq edilən qiymət tavanını dəyişməyəcək
G7 ölkələri Rusiya neftinə tətbiq edilən qiymət tavanını tənzimləmək fikrində olmadığını açıqlayıb. "The Wall Street Journal" yazır ki, bunu ABŞ Prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Leyenə müsahibəsində deyib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bundan əvvəl qiymət tavanı bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib. Qəzetin həmsöhbətləri qeyd edirlər ki, "bəzi Avropa ölkələrinin bu ay Qərbin sanksiyalarının sərtləşdirilməsinə olan ümidləri Amerika hakimiyyətinin mövqeyi ucbatından sönməkdədir".
ABŞ rəsmilərinin sözlərinə görə, mövcud qiymət həddi gözlənildiyi kimi işləyir. Bununla belə, ABŞ Maliyyə Nazirliyi məhdudiyyətin dəyişdirilməsini istisna etməyib.
"Bloomberg" bir gün əvvəl bir neçə ölkənin Rusiyada hasil edilən neftin qiymətinin bir barel üçün 60 dollardan 51.45 dollara endirilməsini tələb etdiyini bildirib. Təşəbbüs Polşa, Litva və Estoniyaya məxsusdur.
Fevralın əvvəlindən Qərb ölkələrinin Rusiyadan tədarüklərə qarşı yanacaq sanksiyaları qüvvəyə minib. Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub. Bununla yanaşı, Aİ və G7 ölkələri qiymət tavanı təyin edib. Həmçinin dekabrın 5-dən etibarən Avropa İttifaqı artıq dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etmir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
Onlayn biznes növləri