Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan "Gəncə Səbətləri" - FOTOLAR

Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan Paxlava və şəkərburalı, bayram süfrəli, bol istirahətli Novruz tətilləri artıq arxada qalıb.
Gəncədə Novruz Bayramı xüsusilə gözəl ab-havada keçir. Şənliklər və bayram adətləri ilə yanaşı, Novruz - həm də bayram bazarı deməkdir.
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan Bu günlərdə diqqətimi cəlb edən bir məsələ barədə yazmaq qərarına gəldim. Əslində çoxları bu barədə eşidib, bəlkə də görüb. Novruz bazarlığı üçün Gəncə bazarında olarkən iri səbətlərdə bayram sovqatlarının satışı diqqətimi cəlb etdi. Səbətlər barədə nəsə soruşmaq mümkün deyildi – alıcı o qədər çox idi ki, satıcıların bu səbətlərdən başı açılıb mənə cavab verməyə vaxtları da yox idi. 5-6 satıcı dayanmadan səbətlərin içərisini müxtəlif təamlarlala doldururdu.
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan Bu - Azərbaycanda "Gəncə Səbəti" adı ilə məşğul olan, içərisi müxtəlif ekoloji təmiz, əksəriyyəti yerli kənd təsərrüfatı məhsulları ilə dolu olan sovqatlar idi. Bayramdan sonra Gəncə səbəti ilə bağlı ətraflı maraqlanmaq qərarına gəldim.
"Gəncə səbəti" biznesi səbətdən başlayır
Bəzi məlumatlara görə "Gəncə səbəti"nin tarixi bir neçə yüz il əvvələ gedib çıxır. Bunun üçün əvvəlcə səbətin özü lazımdır - bu gün Gəncədə səbət hörmə ənənəsi incəsənətin bir qolu kimi qəbul edilir. Səbəthörmə sənəti, şəhərin qədim məhəllərindən sayılan Bağbanlarda daha geniş yayılıb, bu işlə əsasən kişilər məşğul olur. Gəncədə səbətlər müxtəlif ölçülərdə hörülür. Təyinatına və ehtiyaca görə daha çox şahmatşəkilli, ovalvari, bəzəkli, qulpsuz, həmçinin ikigözlü səbətlər hazırlanır. Bu səbətlər 10 kq-dan 60-70 kiloqrama qədər sovqat tutur.
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan Bu sənəti yaşadanlardan biri 69 yaşlı Vilayət Qurbanovdur. 24 yaşlı nəvəsi İsmət Rəhimovla birgə onlar Gəncədə səbət toxumaqla həm bu sənəti yaşadır, həm də güzaranlarını təmin edirlər. Vilayət usta deyir ki, 30 ildir ki, səbət toxumaqla məşğuldur:
"Bizim ata-babalarımız hələ SSRİ dövründən bu sənətlə məşğul olublar. İndi nəvəm də mənim yolumu davam etdirir. Zəhmətimizin bəhrəsini də görürük. Hazırda səbətlərimizə maraq böyükdür".
Səbətlərin qiyməti tutumundan asılıdır: "20-25 kiloqram tutumu olan səbətlər 15-20 manata, 35-40 kq-lar 25-30 manata, 60-70 kiloqram sovqatı götürə biləcək səbətlər isə 35-40 manat arasında satılır. Bayramlarda daha çox 60-70 kiloluq səbətlər satılır. Çünki bu səbətlərdə yaxınlara, dost-tanışlara bayram payı göndərilir" deyə sənətkar bildirib.
O zamanlar "Gəncə Səbəti"ni Moskvaya göndərərdilər
Bayramdan sonra Gəncə bazarında səbət satıcılarının işi az idi. Bayram günlərində yetərincə yorulan Ramal Həsənov -a bildirdi ki, Gəncə səbəti biznesi ilə uzun illərdir məşğul olur: "Mənim atam da Gəncə səbəti hazırlanması ilə məşğul olub. Hələ mərkəzi kolxoz bazarının vaxtından. O zamanlar, sovetlər birliyi dövründə də Gəncədən Bakıya, Moskvaya Gəncə Səbəti göndərərdilər. Düzdür o zamanlar səbətə qoyulan məhsulların çeşidi bu günkü qədər çox deyildi. O zamanlar Gəncənin öz məhsulları, əsasən də ağartı məhsulları çox tələbat olan məhsullardan idi. Yadımdadır mən cavan olanda Bayram günlərində bazarda baş qaşımağa vaxtımız olmurdu. Bəzən gecələr də işləyirdik. Sifarişlər həddən artıq çox olurdu".
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan 20 ilə yaxındır "Gəncə səbəti" hazırlayır
İllər ötsə də "Gəncə səbəti"nə tələbat dəyişməyib əksinə daha da artıb:  "Bayram günlərində Gəncə Səbəti sifariş edənlərin sayı çox olur. Biz bu günlərdə təxminən 50-60 səbət hazırlamışıq. Xalqımızın sovqat ənənəsi hələ də yaşayır"- deyə Ramal Həsənov əlavə edib.
Bazarda bu cür Gəncə səbətlərinin hazırlanması ilə məşğul olan 10-a yaxın satış nöqtəsi var. Onlar adi vaxtlarda kənd təsərrüfatı məhsulları satırlar. Meyvə- tərəvəz, göyərti, ağartı və sair. Vaqif dayı artıq 20 ilə yaxındır bu işlə ailəsini dolandırır. Onun sözlərinə görə bayram günlərində "Gəncə Səbəti" sifarişləri çox olduğundan adi alıcıları yola salmağa bəzən vaxt çatmır:
"Bayram günlərində səbətlərlə bağlı sıfariş çox olduğundan başımız çox qarışıq olur. Çalışırıq səbətə ən keyfiyyətli məhsulları qoyaq. Bunun üçün bayramdan neçə gün öncə bizə məhsulları gətirən iş adamlarına sifariş veririk ki, məhsul sarıdan çətinliyimiz olmasın. Gəncə səbətinə qoyulan bütün məhsullar ekoloji təmiz olur".
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan "Səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq"
Vaqif dayı "Gəncə Səbəti"nin menyusunu açıqlayır: "Məsələn, biz səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq. Mal ətinin ən yaxşı yerlərini xüsusi olaraq saxlatdırırıq. Kənd çolpalarını bizə Samuxda yaşayan bir fermer gətirir. Gəncə qaymağı, camış qatığı, Gəncə limonu, təndir çörəyi, göyərtilər də xüsusi olaraq səbət üçün götürürük. Səbətin içində olanlar həmişə ən keyfiyyətli və ən yaxşı məhsullar olur".
60-70 kiloqramlıq səbətin dəyəri 1000-1300 manat arasında dəyişir
Gəncədə bazardan başqa "Gəncə səbəti" adı ilə fəaliyyət göstərən xüsusi mağazalar da var. Burada günün istənilən vaxtında keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə Gəncə səbəti sifariş etmək olur. Mağazanın sahibi Xəyal Verdiyevin bildirdiyinə görə artıq onların daimi müştəriləri də var:
"Bu işlə uzun illərdi məşğuluq. Səbətlərə qoyulan məhsulların keyfiyyətli olması üçün daim eyni adamlarla işləyirik. Kənd çolpalarını və göyərtini əsasən Şəmkirdən alırıq. Körpə quzuları da bizə Gədəbəy dağlarından gətirirlər. Bundan başqa ağartı məhsullarını isə Gəncədə bu sahədə peşəkar olan insanlardan götürürük".
Səbətlərin qiymətləri onun içərisinə qoyulan məhsulların sayından, çəkisindən, keyfiyyətindən çox asılı olur: "Bəzən tələbata görə 60-70 kiloqramlıq səbətin dəyəri 1000-1300 arasında dəyişə bilir. Amma orta təminatlı səbət 700-800 manat təşkil edir" deyə Xəyal Verdiyev əlavə edir.
"Bayram günlərində orta hesabla 1000-ə yaxın səbətlər yığırıq"
"Gəncə Səbəti" biznesi ilə məşğul olan ən peşəkar şirkət isə "Nur Halal Gəncə Səbəti"dir. Burada görüb-eşitdiklərim məni daha da təəcübləndirdi. Artıq 23 ildir sovqat səbətlərin hazırlanması ilə məşğul olan Hacı Rövşən Məmmədov Gəncə Səbəti işinin çox gəlirli və halal bir iş olduğunu deyir:
"Bizim atamız da ticarətçi olub. Mən 2000-ci ildən qardaşımla Gəncə Səbəti sovqat paylarının hazırlanması ilə məşğuluq. Bu işdə təmizliyə, dürüstlüyə və halallıqla keyfiyyətə fikir versən qazanc əldə etmək mümkündür".
Şirkətin uğurunun əsl səbəbi də məhsulların keyfiyyəti olub: "Mərkəzi bazarda balaca bir köşkümüz var idi. Biz hələ o vaxtlardan düzətdiyimiz səbətlərə ən keyfiyyətli məhsulları qoymağa üstünlük verirdik. Bu da bizə çoxlu sayda müştərilər qazandırdı. Bu gün bizim yüzlərlə daimi müştərilərimiz var. Bəzən bayram günlərində xüsusi sayda səbətlərdən başqa digər sifarişlər götürmürük. Çünki vaxtımız çatmır. Bayram günlərində orta hesabla 1000-ə yaxın səbətlər yığırıq. Onların hamısına ən keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsulları qoyuruq ki, bu da müştərilərimizin ürəyincə olur. Adi günlərdə isə təxminən ayda 100-150 arası sifarişimiz olur" deyə Hacı Rövşən əlavə edir.
"50-100 fermer ailəsi ilə işləyirik, məhsulları illərdir eyni adamlardan alırıq"
"Nur Halal Gəncə Səbəti" şirkətinin rəhbəri səbət işinin artıq zərcirvarı biznes şəbəkəsinə çevrildiyini deyir. Onun sözlərinə görə uzun illər iş təcrübəsi onu göstərib ki, səbət işində təsadüfi adamlardan mal almaq olmaz:
"Bizim müştərilərimiz artıq məhsullarımızın keyfiyyətini, dadını belə yaxşı bilirlər. Buna görə də biz həmişə eyni adamlarla işləyirik. Bizim özümümüzün də təsərrüfatımız var. Orada bizə lazım olam kənd təsərrüfatı məhsullarını özümüzün nəzarətimiz altında yetişdiririk.
Şirkətimiz üçün keyfiyyətli məhsulların yetişdirilməsi üçün həmin ailələrə öncədən ödəniş etməklə maliyyələşdiririk. Yəni bizimlə işləyənlər artıq bilirlər ki, məhsulları əllərində qalmayacaq, biz də rahat oluruq ki, ehtiyac olduğu halda lazım olduğu qədər keyfiyyətli məhsulumuz var. Ümumilikdə bizim şirkətlə 50-dən çox ailə - fermer təsərrüfatı əməkdaşlıq edir. 100-ə yaxın adam Gəncə Səbətinin keyfiyyətli və halal məhsullarla təchiz olunması üçün çalışır".
Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan Hacı Rövşən bildirir ki, "Gəncə Səbəti" üçün məhsul satan təsərrüfatların məhsulları orqanik, tam təbii olmalıdır – bu şərtdir: "Biz həmin fermerlərə ciddi nəzarət edirik. Kimsə məhsula hər hansı qatqı qatsa, onunla işi dərhal dayandırırıq. İndiyədək 10-dan artıq təsərrüfatla belə səbəbə görə əməkdaşlığı dayandırmışıq. Belə hallara sevinmirik, amma məhsulun keyfiyyətini aşağı salırlarsa, başqa yol yoxdur. Bəzi təsərrüfatlarla isə 20 ildən artıqdır ki, işləyirik – bu təsərrüfat bizə süd məhsulları təmin edir. Biz ümumiyyətlə hər məhsul üzrə bir deyil, bir neçə təsərrüfatla işləyirik".
"VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişir"
Gəncə Səbətlərinə ən böyük tələbat bayram gündərində olur. Bunlar Novruz Bayramı, Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Müstəqillik günü, Ramazan və Qurbayn Bayramları aiddir. Həmin günlərdə səbətlərə tələbat dəfələrlə artır: "Bayram günlərində təkcə 20 nəfər səbətlərin yığılmasını həyata keçirir." deyə R. Məmmədov bildirib.
Səbətlərin qiymətlərinə gəldikdə isə Hacı Rövşən bunun səbətin işərisinə qoyulan məhsullardan çox asılı olduğunu deyir:
"VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişə bilir. Təbii ki, bu alıcının sifariş etdiyi məhsulların sayından və keyfiyyətindən asılıdır. Məsələn tutaq ki, sifarişçimiz çox imkanlı şəxsdir o səbətə ən yaxşı və qiymətli malları qoymağa üstünlük verir. Məsələn, adicə kişmişin 10 manatlıq və 70 manatlıq növləri var. Təbii ki, içərisinə kiloqramı 70 manata olan kişmiş qoyulan səbət qiymətcə çox baha olacaq. Amma ümumilikdə əsasən biz səbətə 8-11 kiloqramlıq dağ şəraitində bəslənən quzuları, dağ şəraitində yetişdirilən körpə danaların bel ətini, kənd çölpaları, bəzən sifarişə uyğun hinduşka, özümüz bişirdiyimiz çovdar unundan çörəklər, dağda özümüz yetişdirdiyimiz bal, Gəncə qaymağı, camış qatığı, yuxa, Gəncə göyləri, meyvələr, tərəvəzlər qoyuruq. Səbətə qoyulan məhsulların 60-70 faizini öz təsərrüfatımızda yetişdiririk. Buna görə də  halallığına və keyfiyyətinə tam zəmanət verə bilirik" deyə Hacı əlavə edib.
Hacı Rövşənin sözlərinə görə 2000-ci illərdən fərqli olaraq indi daha peşəkardırlar. Onların yığdıqları Gəncə səbətlərinin səsi sorağı nəinki Azərbaycanın şəhər və rayonlarından, hətta ölkə xaricindən də gəlir:
"Gəncə Səbət"lərini Dubaydan da sifariş edirlər
"Hələ o zamanlar biz Rusiyanın müxtəlif şəhərlərinə Gəncə səbətləri hazırlayıb çatdırırdıq. Günü bu gün də Moskvadan, Sankt Peterburqdan və digər pos sovet ölkələrinin şəhərlərində sifarişlər alırıq. Gəncə səbətləri göndərdiyimiz şəhərlər arasında İstambul, Ankara da var. Hətta Dubaydan belə sifarişlər alaraq ora da xüsusi qaydada, buzların köməkliyi ilə qablaşdrdığımız Gəncə səbətləri olub. "Bizə Dubaydan xeyli sifariş olunub göndərmişik.  Dubaydan istəyiblər bizə Gəncə səbəbi göndərin, biz hazırlayıb veririk. Çatdırılması ilə biz məşğul olmuruq".
Hələlik xaricə gedən səbətlərin sayı çox deyil – ildə 100-150 səbət göndərilir. Amma bunların sayını artırmaq, Gəncə Səbətlərinin Avropaya da satışına başlamaq niyyətindədirlər.
Hacı Rövşən əlavə edib ki, bu işləri təkmilləşdirmək üçün artıq müsir texnologiyalardan da istifadə edirlər:
"Bizilirsiniz ki, indi 21 əsr, telefon və sosial şəbəkələr əsridir. Bütün əsas şəbəkələrdə şirkətimizin səhifələrini yaratmışıq. Ora səbətlərin hazırlanması və məhsulılarımız barədə məlumatları yerləşdirmişik. Hətta slyahıya daxil olan məhsulların necə yetişdirildikləri ilə bağlı videolar da qoymuşuq. Müştərilərimiz bura daxil olmaqla istədikləri məhsullarla istədikləri sayda və qiymətdə Gəncə səbətləri sifariş edə bilirlər" deyə Hacı Rövşən Məmmədov satış prosesini izah edir.
"Əksəriyyət Gəncə Səbətini hədiyyə kimi yox, gündəlik istifadə üçün alır"
Bununla yanaşı, qeyd edək ki, əksəriyyət Gəncə Səbətini təkcə hədiyyə kimi deyil,   gündəlik istifadə üçün alır. "Buna görə də bizim hər gün sifarişimiz var, əsas satışımız bu alıcılaradır. Belələri təbii natural qidalardan istifadə etmək istəyənlərdir. Müştərilərin 70-75%-ni Bakı şəhəri təşkil edir. Amma rayonlarda, xüsusilə ətrafda, Ağstafadan tutmuş Şəmkir, Qazax, Goranboy, Yevlax rayonlarından da alıcılarımız böyükdür".
Hacı Rövşən Məmmədov -a bildirib ki, gələcəkdə şirkət bu adı pamentləşdirmək və müəllif hüquqünu qorumaq niyyətindədir.
"Kənardan baxaraq bu biznesə başlamaq asan deyil"
Hərçənd, onun sözlərinə görə, bunsuz da kimsə bu addan istifadə edib oxşar biznesə başlamaq istəsə eyni uğuru əldə edə bilməyəcək: "Çünki burada tələb olunan, əsas məsələ sayılan məhsulun təbiiliyini təmin etmək sadəcə mümkün olmayacaq. Bizim zəmanətimiz odur ki, biz özümüz istehsalçıyıq, yəni səbətə qoyulan malların əksəriyyətini özümüz istehsal edirik və bazardan asılı deyilik".
Bəzi məhsulların kənardan hazırlanması isə ümumiyyətlə mümkün deyil: "Bu elə bir işdir ki, mən bunu tam izah etsəm də heç kimi bunu bizdəki kimi həyata keçirə bilməz, çünki mürəkkəb işdir və bura böyük resurslar lazımdır. Təkcə bizim bişirdiyimiz çörəyi əldə etmək üçün böyük imkanlar və böyük təcrübə lazımdır".
Bununla yanaşı,  "Nur Halal Gəncə Səbəti" yaxın vaxtlarda Bakıda filialını açmaq və şəbəkəsini yaratmaq, biznesi genişləndirmək niyyətindədir.
Məqsəd Rəhimov, Gəncə / fed.az

Biznes     Tarix: 22 aprel 2023

Oxşar xəbərlər

 "Şəki-Bazar"ASC-nin səhmdarları toplanır

25  dekabr 2024-cü il saat 11.30-da "Şəki-Bazar"ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək - TOPLANTI. xəbər verir ki, yığıncaq Şək

"Amazon" "Temu" ilə rəqabət aparacaq yeni mağazasını təqdim etdi

Amazon bu həftə yeni bir rəqib olaraq "Amazon Haul" adlanan onlayn mağazasını təqdim etdi. xəbər verir ki, yeni platforma Shein və Temu kimi ucuz qiymət təklif edən sürətli moda markaları ilə rəqabət aparmaq məqsəd

13,4 min manat nizamnamə kapitalına malik olan şirkət - LƏĞV OLUNUR

"Yaşıl Texnologiya" Məhdud Məsuliyyətli Cəmiyyəti -in (VÖEN 1505939281) Ümumi Yığıncağı 04.11.2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməs

"ESG prinsipləri yerli biznes üçün çox əhəmiyyətlidir"

Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsipləri ətraf mühitin qorunması, insan sağlamlığı və sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlərdən yerli biznes üçün çox əhəmiyyətlidir

Azərbaycanda otel şirkəti - LƏĞV OLUNUR

"İmişli Mehmanxana" ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı 30 noyabr 2024-cü il saat 11.00-da Bakı şəhərində keçiriləcəkdir. "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - NİZAMNAM

"Cənubtikintiservis"in səhmdarlarını təkrar - YIĞINCAĞA ÇAĞIRIR

"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2024-cü il tarixində çağırılmış növbədənkənar ümumi yığıncağının yetərsay olmadığı üçün təkrar növbədənkar ümumi yığıncağının çağırılması zərurəti yaranıb

"8-ci km bazarı"nın ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb. "Kartdan karta" köçürmələr ilə bağlı yoxlama başladı, 43 obyektə sanksiya tətbi

PMD Projects şirkətinə COP29 -da Azərbaycanda ilk - GPM 360 SERTİFİKATI TƏQDİM OLUNDU

"PMD Projects" MMC şirkətinin direktoru Nəriman Topçibaşevə COP29-da GPM Global şirkətinin icraçı direktoru Oksana Klimenko tərəfindən GPM 360 (Green Project Management) sertifikatı təqdim olundu. xəbər verir ki

"Qara cümə"də ən çox pulu bu ölkədə xərcləyirlər

İtaliya "qara cümə" və "kiber bazar ertəsi" endirimlərinə ən çox maraq göstərilən Avropa İttifaqı (Aİ) ölkəsidir. 5 gün ərzində 200 milyon nəfər - ALIŞ VERİŞ EDİB. xəbər verir ki, bu barədə "PwC"


iqtisadi xeberler bank faizleri online pul qazanmaq biznes xeberleri rubl mezenne