Gömrük Akademiyasında "GMP Lab" kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu

Gömrük Akademiyasında Dövlət Gömrük Komitəsinin Akademiyasında "Gais", "Malwation" və "PEYK" Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində "GMP Lab" kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub.
Komitənin yaydığı məlumatda bildirilir ki, bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin, "Gais", "Malwation", "PEYK" şirkətlərinin, həmçinin əlaqədar dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə kibertəhlükəsizliyin, bu sahədə ixtisaslı, hərtərəfli biliklərə malik kadrların yetişdirilməsinin  əhəmiyyətindən bəhs edilib, Akademiyanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib.
Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş "GMP Lab" kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) "Gais Cyber Security", "Malwation" və "PEYK" kibertəhlükəsizlik məhsullarından istifadə və kritik sistemlərə nəzarət etmə imkanı verəcək. "Gais" kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, "PEYK" şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, "Malwation" şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi / marja.az

Maraqlı     Tarix: 13 iyul 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank