Gömrük orqanlarına ödənilən böyük həcmdə vergi ləğv edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Marja.az, qanunvericilikdə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə idxal olunan əsas vəsaitlərin ƏDV-dən azad edilməsi ilə dəyişikliyi ilə bağlı Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayevin şərhini təqdim edir:
Məlum olduğu kimi, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergi ödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır. Lakin bu kateqoriyaya daxil olmayan vergi ödəyiciləri eyni əməliyyatlara görə gömrük orqanlarına böyük həcmdə vergi ödəməli idilər ki, bu da onların maliyyə vəziyyətində çətinliklərə səbəb olurdu. Sözügedən halların aradan qaldırılması, ölkədə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklərlə idxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib. Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq əsas vəsaitlərin idxalı müddətsiz olaraq ƏDV-yə cəlb edilməyəcək.
Bu təşviqlər ölkə iqtisadiyyatı üçün prioritet hesab edilən sahələr üzrə idxal edilən əsas vəsaitləri, o cümlədən emal və istehsal avadanlıqları və digər əsas vəsaitlərin idxalını əhatə edəcək. Bununla da dövriyyə vəsaitlərinə qənaət edilməsi yolu ilə müvafiq sahələr üzrə iqtisadi artıma nail olunacağı proqnozlaşdırılır.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?