"Google" ilk qatlanan smartfonunu, Pixel Fold-u təqdim edib
"Google", planlaşdırıldığı kimi, mayın 10-u keçirilən "Google I/O" konfransının açılışı zamanı təqdimat çərçivəsində ilk qatlana bilən smartfonunu, Pixel Fold-u təqdim edib. Şirkət bir həftə əvvəl yeni məhsulunu nümayiş etdirib, indi isə onun xüsusiyyətlərini və qiymətini açıqlayıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pixel Fold 5.8 düymlük xarici ekrana, həmçinin içəriyə qatlanan 7.6 düymlük əsas ekrana malikdir. Onların hər ikisi 120 Hz yeniləmə tezliyi və HDR dəstəyi ilə OLED panellərdən istifadə edir. Daha yığcam ekran 2092 × 1080 piksel təsvir ölçüsünə malikdir və 1550 cd/m2-ə qədər parlaqlığı dəstəkləyir, daxili ekranda isə bu parametrlər 2208 × 1840 piksel və 1450 cd/m2 kimidir.
Smartfonun daxili yaddaşının həcmi versiyadan asılı olaraq 256 Gb və ya 512 Gb təşkil edir. Şirkət iddia edir ki, yenilik "qatlanan smartfonlar arasında ən davamlı şarnirə" malikdir. Eyni zamanda, "Google" onu qatlanan smartfonların ən incəsi adlandırıb. Belə ki, qatlanadıqda Pixel Fold-un qalınlığı cəmi 12.1 sm-dir.

Batareyanın tutumu baxımından Pixel Fold rəqiblərindən geri qalmır. Smartfon 4800 milliamper/saat tutumlu akkumulyator və 30 vatt gücündə sürətli enerji doldurma dəstəyi alıb. Ümumilikdə smartfonda 5 kamera var – iki selfi kamera və üç əsas.
Yenilik Google Pixel Fold 1799 dollardan başlayan qiymətlərlə artıq satışdadır. Qeyd etmək lazımdır ki, yenilik yalnız Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ-da satılacaq.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Yatırım olmadan necə biznes qurmaq olar?
Onlayn biznes növləri
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Bitcoin nədir?