"GünayBank"ın xərcləri gəlirlərindən sürətli artıb, əməliyyat mənfəəti kəskin düşüb

"GünayBank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 616 min manat xalis mənfəət ilə başa vurub. "GünayBank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 1,5 dəfə artıb. Bank ötən ilin eyni dövründə 399 min manat xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, Bankın xalis mənfəətinin artması, kredit itkilərinin bərpası ilə əlaqədar olaraq ehtiyatdan qayıdan vəsaitin 3 dəfəyə yaxın artması ilə əlaqədardır. Cari ilin 9 ayında Bankın gəlirlərindəki artımı xərclərdəki artım tamamilə silib, hətta əməliyyat mənfəətində 33,8% azalma baş verib.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz gəlirləri 631 min manat və ya 6% artaraq 11 milyon 222 min manat, qeyri-faiz gəlirləri isə 177 min manat və ya 3 % artaraq 5 milyon 855 min manat təşkil edib. 
FAİZ XƏRCLƏRİ ARTIB
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz xərcləri 1 milyon 810 min manat və ya 26,5% artaraq 8 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 276 min manat və ya 3,9% azalaraq 7 milyon 27 min manat təşkil edib. 
"GünayBank"ın depozit faizləri üzrə, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə xərcləri artıb. Qeyd edək ki, "GünayBank" ən yüksək əməanət faizi təklif edən banklardan biridir.
Beləliklə, "GünayBank"ın əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 808 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 534 min manat artıb. Yəni, gəlirlərdəki artımı xərclərdəki artım tamamilə silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 726 min manat azalma baş verib. 
2022-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 17 milyon 77 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 655 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 422 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 620 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 187 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 16 milyon 269 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 121 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 148 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ AZALIB
Diqqəti cəlb edən "GünayBank"ın müştərilərə verilmiş kreditlərdən faiz gəlirinin azalmasıdır. 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "GünayBank"ın müştərilərə verilmiş kreditlərdən faiz gəliri 4,3% azalaraq 7 milyon 857 min manata geriləyib. Bank ötən ilin 9 ayında müştərilərə verilmiş kreditlər üzrə 8 milyon 212 min manat faiz gəliri əldə etmişdi. Cəmi faiz gəlirlərində artım "GünayBank"ın digər banklar və  maliyyə institutlarındakı  depozitləri üzrə faiz gəlirinin artması hesabınadır.
Bank cari ilin 9 ayında əməkhaqqı xərclərini 6,9% azaldıb.
CƏMİ KREDİT PORTFELİ CÜZİ ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "GünayBank"ın kredit portfeli (müştərilərədəki cəmi kreditlər) 6 milyon 555 min manat və ya 3,3 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 206 milyon 330 min manat təşkil edib.
İSTEHLAK VƏ BİZNES KREDİTLƏRİ PORTFELİ KİÇİLİB
Kreditlər bank üçün faiz gəliri formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "GünayBank"ın  istehlak kreditləri portfeli 153 min manat azalaraq 2 milyon 380 min manata, biznes kreditləri portfeli 1 milyon 309 min manat azalaraq 124 milyon 331 min manata düşüb. İpoteka kreditləri portfeli isə 8 milyon 16 min manat artaraq 79 milyon 617 min manata yüksəlib. Cəmi kredit portfelinin artması ipoteka kreditləri portfelinin artması ilə əlaqədardır.
30 Sentyabr 2022-ci il tarixində "GünayBank" 289 milyon 894 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə malik idi. Aktivlərin məbləğinin artması əsasən nağd pul vəsaitlərin artmasından qaynaqlanır.
Ötən ilin sonu ilə müqayisədə  2022-ci ilin 9 ayında "GünayBank"ın depozit portfeli 23 milyon 30 min manat və ya 24,6% artaraq 116 milyon 590 min manata çatıb. 
MƏCMU KAPİTALI AZALIB
30 Sentyabr 2022-ci il tarixində "GünayBank" 65 milyon 363 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 65 milyon 374  min manat idi).

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi