Hansı banklar sistem əhəmiyyətli sayılacaq? – Mərkəzi Bankdan qərar

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? – Mərkəzi Bankdan qərarAzərbaycan Mərkəzi Bankı bankların sistem əhəmiyyətliliyini qiymətləndirmək üçün yeni meyarlar təsdiq edib.
Banker.az xəbər verir ki, bu qərar 19 mart 2025-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərarla qüvvəyə minib.
Yeni müəyyən edilən meyarlar, ölkədə fəaliyyət göstərən yerli və xarici bankların sistem əhəmiyyətliliyini qiymətləndirmək üçün bir sıra göstəriciləri əhatə edir. Qərar, 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş əvvəlki qərarı ləğv edir və yeni meyarlar ilə əvəz olunur.
Meyarlar arasında cəmi aktivlər, depozit portfeli, maliyyə institutları qarşısındakı öhdəliklər, ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar, əmanətçi sayı, unikal müştəri sayı və maliyyə inklüzivliyi kimi müxtəlif indikatorlar yer alır. Hər bir indikatorun xüsusi çəkisi müəyyən edilib və bu çəki əsasında bankların sistem əhəmiyyətliliyi indeksi hesablanacaq.
Hazırda ölkədə sistem əhəmiyyətli banklara ABB, "Kapital Bank", "PAŞA Bank", "Xalq Bank" və "Bank Respublika" daxildir, hansı ki, bunlarda ölkənin 5 ən iri aktivlərinə sahib bankıdır.
Bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
No
Kateqoriya
İndikator
Xüsusi çəki (%)
1
Ölçü
Cəmi aktivlər
30%
Depozit portfeli
10%
2
Şaxələnmə
Maliyyə institutları qarşısında öhdəliklər
8.3%
Maliyyə institutlarında yerləşdirilən aktivlər
8.3%
Qiymətli kağızlar üzrə öhdəliklər
8.3%
3
Əvəzolunmazlıq
Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar
7.5%
Əmanətçi sayı
7.5%
Unikal müştəri sayı
7.5%
Maliyyə inklüzivliyi
7.5%
4
Mürəkkəblik
Birjadankənar törəmə maliyyə alətləri
2.5%
Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar
2.5%
11-"Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları"nın təsdiq edilməsi barədə

Banklar     Tarix: 10 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya