Hazırda Mərkəzi Bankın faizləri bazara necə təsir edir?

Hazırda Mərkəzi Bankın faizləri bazara necə təsir edir?Azərbaycanda banklararası pul bazarında faiz dərəcələri Mərkəzi Bankın qərarlarına uyğun dəyişməyə davam edir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.
2024-cü ilin dekabrında banklararası qısamüddətli (1-3 günlük) əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.68% olub. Bu, Mərkəzi Bankın müəyyən etdiyi faiz çərçivəsinin daxilindədir. Mərkəzi Bank bildirir ki, faizlər onun əsas qərarlarına yaxınlaşır və pul siyasətinin təsiri güclənir. Bu da depozit və kredit faizlərinə təsir göstərir.
1 aprel 2024-cü ildən Mərkəzi Bank hər gün rəsmi saytında 1 günlük faiz dərəcəsi (1D AZIR) haqqında məlumat paylaşmağa başlayıb. Bununla yanaşı, bankların girov qoyaraq borc götürdüyü repo bazarında da faizlər formalaşır. Dekabr ayında burada 1-3 günlük əməliyyatların orta faiz dərəcəsi 7.7%, 6-8 günlük əməliyyatların orta faiz dərəcəsi isə 7.8% olub.Hazırda Mərkəzi Bankın faizləri bazara necə təsir edir?Araşdırmalar göstərir ki, banklararası bazardakı faiz dərəcələri artıq depozit faizlərinə təsir etməyə başlayıb. Belə ki, Mərkəzi Bankın faiz dərəcəsində hər 1 faiz bəndi dəyişiklik, banklararası faizlərə təxminən 0.6 faiz bəndi təsir edir. Bu dəyişikliklər isə manatla depozit faizlərini 0.4-0.5 faiz bəndi aralığında dəyişdirir.
Banklararası faiz dərəcələri həmçinin dövlət istiqrazlarının (qiymətli kağızların) gəlirliliyinə də təsir edir. Bu isə pul siyasətinin bazarda daha yaxşı işlədiyini göstərir. Mərkəzi Bank bildirir ki, maliyyə bazarının daha da inkişaf etməsi ilə kredit faizlərinə də təsir güclənəcək.
2024-cü ildə banklararası bazarda əməliyyatların sayı və məbləği xeyli artıb. Banklar arasında 101.8 milyard manatlıq 3761 təminatsız müqavilə bağlanıb. Bu əməliyyatların 97%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası repo bazarında isə 11.5 milyard manatlıq 723 müqavilə bağlanıb ki, bunların da əksəriyyəti 1-3 günlük və ya 6-8 günlük olub. 2023-cü illə müqayisədə təminatsız bazarda əməliyyatların həcmi 3.3 dəfə, repo bazarında isə 2.5 dəfə artıb.
Ötən gün Banker.az-da Azərbaycanda 2025-ci ilin yanvar ayında verilən yeni kreditlər bahalaşmasına dair məqalə dərc edilmişdi. Belə ki, kreditlərin illik faiz dərəcəsi 17.75%-ə yüksəlib, bu da 2023-cü ilin avqust səviyyəsinə bərabərdir. Manatla kredit faizləri dekabrla müqayisədə 1.19 faiz bəndi artıb. Şirkətlər üçün faizlər 10.81%-ə, əhali üçün isə 16.50%-ə yüksəlib.Hazırda Mərkəzi Bankın faizləri bazara necə təsir edir?

Banklar     Tarix: 28 fevral 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin