Hökumətin dövlət büdcəsini necə xərclədiyi açıqlandı

Hökumətin dövlət büdcəsini necə xərclədiyi açıqlandıMaliyyə Nazirliyi 2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat
Məlumatda qeyd edilib ki, 2022-ci ilin doqquz ayı ərzində dövlət  büdcəsinin mədaxili 22 milyard 401,4 milyon manat, xərcləri 20 milyard 470,7 milyon manat olub, 1 milyard 930,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Gəlirlər
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22 milyard 401,4 milyon manat və ya doqquz aylıq proqnoza qarşı 418,6 milyon manat (1,9 faiz) çox icra olunub. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 529,8 milyon manat və ya 25,3 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4 milyard 97,0 milyon manat və ya 64,5 faiz çoxdur. Daxilolmaların 59,2 faizi və yaxud 6 milyard 191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 498,9 milyon manat və ya 31,9 faiz çox olub.
Daxilolmaların qalan 40,8 faizi və yaxud 4 milyard 259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 598,1 milyon manat və ya 2,6 dəfə çox olub.
Bütövlükdə cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb.
2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard 227,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 34,3 milyon manat və ya 32,4 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580,8 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126,8 milyon manat və ya 27,9 faiz çoxdur.
Məqsədli büdcə fondlarının ("Avtomobil yolları" Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 110,9 milyon manat və ya 2,5 dəfə çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 416,4 milyon manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8 milyard 82,7 milyon manat məbləğində transfertə qarşı 6 milyard 542,0 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan verib.
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 195,9 milyon manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 943,7 milyon manatdan 987,0 milyon manat artıq olmaqla 1 milyard 930,7 milyon manat təşkil edb.
Xərclər
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21 milyard 39,2 milyon manat proqnoza qarşı 20 milyard 470,7 milyon manat və ya 97,3 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyard 758,7 milyon manat və ya 15,6 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 12 milyard 669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 194,4 milyon manat və ya 10,4 faiz çox), 6 milyard 608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 84,8 milyon manat və ya 39,9 faiz çox), 1 milyard 193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320,5 milyon manat və ya 21,2 faiz az) yönəldilib.
Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8 milyard 442,0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.
2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1 milyard 668,9 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib.
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 534,1 milyon manat icra olunub.
Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. 
İcmal büdcə
2022-ci ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 29 milyard 719,8 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 698,4 milyon manat (29,1 faiz), xərcləri isə 22 milyard 569,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 107,2 milyon manat (16,0 faiz) çox icra olunub.
Cari ilin doqquz ayı ərzində icmal büdcədə 7 milyard 150,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 591,2 milyon manat və ya 2 dəfə çoxdur. / marja.az

Maliyyə     Tarix: 21 oktyabr 2022

Oxşar xəbərlər

Pomidorun Azərbaycana qazandırdığı xarici valyuta artıb

2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 74 milyon 732 min dollar dəyərində 60 min 148 ton pomidor ixrac edilib. . Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. 2024-cü ilin ilk 4 ayı ərzind

İban nədir?

Bank sisteminin inkişafı ilə pul köçürmələrinin aparılması xeyli irəliləyib. Əvvəllər ölkədaxili və beynəlxalq pul köçürmələri üçün müxtəlif hesab nömrələri və müxtəlif üsullardan istifadə edilirdi. Bu gün IBAN nömrəsi il

Bu rayonda yığılan kartofun yarıdan çoxu xaricə ixrac olunub

Cəlilabad rayonunda sahələrdə yetişdirilən yazlıq kartofun yığımı davam edir. Fermerlər bildiriblər ki, məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Belarus, Qazaxıstan və Ukraynaya da ixrac olunur. VTB-də minimal fai

Swift nədir?

Beynəlxalq ticarət və xaricə pul köçürmə əməliyyatlarının artması ilə tez-tez rast gəlinən terminlərdən biri də SWIFT terminidir. SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) və ya eyni mənada istifad

Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb

Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşlar

Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964,9 milyon manat vəsait daxil olmuş, büdcədən 10 milyard 961,9 milyon manat vəsait xərclənib. . xəbər veri

Nazir: Sadələşmiş vergi limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib

Sadələşmiş vergi ilə bağlı 200 min manat limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbayca

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Cümə axşamı günü Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər geriləyib. EUR/USD valyuta cütlüyü ötən günü 1.12800 səviyyəsind

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bugün Böyük Britaniyada İstehlak Qiymətləri İndeksinin dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında bahalaşmağa davam edir. Belə ki, GBPUSD valyuta cütlüyü ötən gün 1.3340 səviyyəsini aşağıya doğru test etdikdə


iqtisadi xeberler bank faizleri dollar manat kursu biznes qurmaq bitcoin qiymeti