"Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib

İyulun 4-ü Kaliforniya mərkəzli beynəlxalq IT məktəbi "Holberton School" Azərbaycanda ilk Məzun Gününü qeyd edib.
Tədbirin açılış mərasimində Paşa Holdinqin İnnovasiyalar Proqramının Rəhbəri Fərrux Əli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəqəmsal və biznes transformasiyası üzrə baş mütəxəssis Elnur Məmmədli, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, İT məktəbinin qlobal direktoru Florian Buçer, Holberton School Azərbaycanın direktoru Şəmsi Bayramzadə məzun olan gənclərə uğurlar arzulayıblar. Tədbirdə  həmçinin Meksikanın Azərbaycandakı səfiri Viktoria Romero, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov və Mediamark Digital şirkətinin rəhbəri Orxan Rzayev iştirak ediblər.
Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. "PAŞA Holding" Şirkətlər Qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan "Holberton School" Azərbaycanda fəaliyyət göstərir.
Həm gənclər, həmçinin də ixtisasını dəyişmək istəyənlər üçün unikal fürsətlər və təhsil şəraiti yaradılır. Metodologiya və tədris materialları hər kəs üçün əlçatan və öyrənməyi öyrədən formatdadır.
Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma ilə siz komanda əsaslı şəraitdə işləyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını efektiv mənimsəyə bilirsiniz.
Holberton School, tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır. Beləliklə, məzunlar genişlənən texnologiya sənayesində tezliklə uğur qazanır və müxtəlif şirkətlərdə liderlik vəzifələrinə yüksəlirlər.
Həmçinin "Holberton School" öz platformasını şirkətlər üçün təqdim edir ki, bunun vasitəsi ilə şirkətlər öz tələblərinə uyğun dəyişə və komanda inkişafına investisiya edə bilərlər. Hazırda məktəb Foundation, Full Stack, Machine Learning, AI, və digər proqramlarla 34 şəhər, 22 ölkədə fəaliyyətini davam etdirir .
Onu da bildirək ki, artan tələbi nəzərə alaraq məktəbimiz yeni, daha geniş və daha yaxşı təchizatlı yeni kampusa köçməyə hazırlaşır ki, bu da tələbələrin daha rahat və əlverişli ortamda təhsil almasına hesablanıb. Məktəbimiz gələcəkdə daha geniş dərs proqramları ilə xidmət göstərməyə və ölkənin əsas İT mərkəzlərindən olmağa qərarlıdır.
 "Holberton School Azerbaijan" qonşu və region ölkələri arasında "HUB" rolunu oynayır və dünyaca məşhur məktəb buradan Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə yayılması planlaşdırılır. Bu da onun regiondakı strateji əhəmiyyətini daha da artırır.
 "Holberton School Azerbaijan" marketinq, PR və tədbirlərin təşkili məsələlərində "Mediamark Digital" şirkəti ilə əməkdaşlıq edir. Onu da qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində "Holberton School Azerbaijan" həm ölkəmizdə, həm də xaricdə baş tutan əhəmiyyətli tədbirlərdə iştirak etməyə və gələcəkdə də bu istiqamətdə mühüm addımlar atmaqda maraqlıdır.
/ marja.az

Maraqlı     Tarix: 08 iyul 2024

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"


iqtisadi xeberler dollar mezenne biznes ideyalari iqtisadiyyat xeberleri dollar kursu