"HOPER" şirkəti ilk onluğa "hoppanıb"
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın avqust sayını təqdim edib. İcmalda 2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqinin ilk onluğu da dərc olunub.
Marja xəbər verir ki, ilk dəfə "HOPER" MMC adlı şirkət ilk dəfə ilk onluğa daxil olub və 10-cu yeri tutub Bu şirkət 2025-ci ilin 7 ayı ərzində 19,3 milyon dollarlıq ixraca nail olub, halbuki ötən il Şirkətin ixracı sıfır səviyyədə idi.
"HOPER" şirkətinin adı bu ilin İyun ayınınadək ilk onluqda yox idi. Şirkət İyul ayında siyahıya daxil olmağı bacarıq.
19.11.2024-ci il tarixində dövlət qeydiyyatına alınmış "HOPER" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Heseynov küçəsi ev 98, mənzil 16-dır. Şirkətin qanuni təmsilçisi (direktoru) Həmidov Ramin Həmidağa oğludur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "PRIME COTTON" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyəti.
/ marja.az

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı
İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Digital Card nədir?
İlon Mask kimdir?
Start-up nədir?
Biznesə aid ən yaxşı 10 kitab