İcarə haqqının ödənilməsi və bəyannamə verilməsi vergi agentinə həvalə oluna bilinəcək

İcarə haqqının ödənilməsi və bəyannamə verilməsi vergi agentinə həvalə oluna bilinəcəkİcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verənin verginin ödənilməsi və bəyannamə verməsi ilə bağlı vəzifəsi onun tərəfindən təyin edilən vergi agentinə də həvalə edilə biləcək.
Bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.
Layihəyə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini özü ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.
Qeyd edilib ki, əksər sahələrdə olduğu kimi kirayə (icarə) münasibətləri sahəsində də müasir dövrün tələblərin irəli gələrək ənənəvi formadan fərqli yeni münasibətlər sisteminin formalaşması, informasiya texnologiyalarından istifadə, yeni bazar iştirakçılarının yaranması, eyni zamanda məhz kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyici olmayan şəxslər arasında əmlak kirayəsi (icarəsi) zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin sadələşdirilməsi məqsədilə qeyd edilən halda verginin ödənilməsi və bəyannamənin verilməsi ilə bağlı vəzifənin həmin platformalar (vergi agentləri) tərəfindən yerinə yetirilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 124.1-ci maddəsinə dəyişiklik təklif edilir. / marja.az

Maliyyə     Tarix: 20 noyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri