İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcək

İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcək"İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür".
İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcəkMarja.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumunda açılış nitqində bildirib.
Sədr nitqində qeyd edib ki, sığorta bazarının əsas iştirakçıları olan sığorta şirkətlərini, bir çox mütəxəssisləri və maraqlı tərəfləri bir araya gətirən Azərbaycan Beynəlxalq Sığorta Forumu ölkəmizdə bu sahənin inkişaf potensialını və çağırışları müzakirə etmək üçün əla fürsətdir.
"Hər kəsə məlumdur ki sığorta - bütün dünyada gözlənilməz hadisələr zamanı baş verə biləcək riskləri minimuma endirmək və maliyyə itkilərindən qorumaq üçün dəyərli bir alət hesab olunur. Əlbəttə, cəmiyyət üçün sığortanın bütün növləri vacibdir. Çünki bədbəxt hadisələr, təbii fəlakətlər, xəstəliklər, qəzalar və müxtəlif xoşagəlməz hallar baş verdikdə insanlar gözlənilməz xərclərlə qarşılaşırlar. Bundan qorunmağın yollarından biri sığortalanmaqdır. Bu mənada bütün sığorta şirkətləri və onların ümumi fəaliyyəti iqtisadi sistemin ayrılmaz bir hissəsidir. Amma bir növ sığorta var ki, yaşından və statusundan asılı olmayaraq hamı üçün vacibdir. Bu icbari tibbi sığortadır.  Çünki insan sağlamlığına dəyən ziyan bərpaolunmaz fəsadlar törədə bilər. Ona görə də hesab edirəm sağlamlığın sığortası hər kəs üçün prioritet bir məsələ olmalıdır.
Dünya təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunmasında tibbi sığorta mühüm rol oynayır. Belə ki, tibbi sığortanın yüksək səviyyədə təşkil olunduğu ölkələrdə əhalinin sağlamlığı daha etibarlı qorunur, müalicə-profilaktika işlərinin əhatə dairəsinin genişləndirilməsi imkanları yaranır.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə də məhz əhalinin sağlamlığının daha effektiv qorunması və səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması məqsədi ilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmrəylik prinsipinə əsaslanan bu sosial layihə ölkəmizdə səhiyyə sahəsində aparılan vacib islahatdır".
Zaur Əliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsədimiz, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək, səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməkdir: "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin "heç kim kənarda qalmasın" prinsipi nəzərə alınaraq qurulan icbari tibbi sığorta sistemi əhalinin səhiyyə sahəsində fundamental ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Hədəfimiz hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərini maddi çətinlik çəkmədən əldə etməsi üçün universal tibbi təminata nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşağdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.  
Son illər dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsaitlərin artımı, səhiyyə üzrə xərclərin büdcə xərclərində payının çoxalması dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricisidir. Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmağa imkan verir. Ötən il biz uzun müddətdir təklif olunan qaraciyər, böyrək və sümük iliyi transplantasiyası və digər dəyəri yüksək cərrahi əməliyyatları da icbari tibbi sığorta təminatına daxil etdik. Nəticədə əhalinin tibbi xidmətlərə, xüsusən bahalı cərrahı əməliyyatlara əlçatanlığı artdı".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və universal tibbi təminatın təşkil olunmasının əsasında icbari tibbi sığortanın maliyyə dayanıqlığını tam təmin etmək dayanır: "İcbari tibbi sığortanın maliyyə mənbələrini təhlil edəndə biz görürük ki, səhiyyə xərclərinin maliyyələşməsində əhəmiyyətli hissəni əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması üçün dövlət büdcəsindən ayırmalar və icbari tibbi sığorta fondu təşkil edir. İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür".

Banklar     Tarix: 20 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne