İlham Əliyev: "Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq"
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
KONKRET.azxəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
"2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanındaydı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir", – deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd