İlham Əliyev və birinci xanım Şuşada bir sıra tədbirlərdə iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.
KONKRET.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən "Heydər Əliyev və Qarabağ" fotosərgisi və Gül Festivalı ilə tanış olublar.
Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında "Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi" sərgisinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.
Sonra Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Yatırım olmadan necə biznes qurmaq olar?
Onlayn biznes növləri
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Bitcoin nədir?