İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olub

İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olubXarici ticarət dövriyyəsi
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyard 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 milyard 901 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 4 milyard 33,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olubÖtən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 faiz artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmur.
Belə ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olmuşdur ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Cari ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq 8 milyard 119,4 milyon ABŞ dolları təşkil etmişdir.
Bundan başqa gömrük ödənişlərinə cəlb olunan ölkəyə idxal olunan yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən minik avtomobillərinin həm sayında, həm də dəyərində azalmanın əsas səbəbi istehsal buraxılış tarixindən 10 il ötmüş minik avtomobillərinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.
Ölkəyə idxal olunan hibrid və elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayında isə davamlı artım tendensiyası müşahidə olunur. Cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hibrid mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 22,3 faiz, dəyəri isə 66,8 faiz, elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 33,9 faiz, dəyəri isə 32,8 faiz artmışdır.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz azalaraq 1 596,1 milyon ABŞ dolları təşkil etmişdir. Müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir etmişdir. 2024-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 milyard 545,0 milyon ABŞ dolları təşkil etmişdir.
İdxalın həcmində azadolmaların xüsusi çəkisi
Hesabat dövrü ərzində qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3% olmaqla 5 milyard 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6% olmaqla 2 milyard 714,0 milyon ABŞ dolları təşkil etmişdir.
İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olubGömrük orqanları xətti ilə büdcə daxilolmaları
Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 2024-cü  ilin 6 (altı) ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş və büdcə öhdəliyi 100 faiz icra olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8% təşkil etmişdir.
İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olub/ marja.az

Maliyyə     Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler birbank dollar manat kursu dollarin kursu bu gun investisiya