İlk dəfə olaraq Azərbaycandan Slovakiyaya xam neft ixrac olundu
Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya yüngül xam neft ixrac olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, ilk dəfə olaraq Azərbaycan xam nefti artıq Bratislavadakı "Slovnaft" Neft Emalı Zavoduna yola salınıb.
Qeyri-Rusiya mənşəli neftin tədarükü, Rusiya neftinə tətbiq edilən embarqodan sonra zavodun kifayət qədər yanacaq istehsal edə bilməsinə töhfə verəcək.
"Bu, tarixi bir mərhələdir, çünki bu, neftin müxtəlif növlərinin emalı sahəsində daha çox çeviklik qazanmaq istiqamətində tamamilə yeni təcrübələr qazanacağımız bir neft növüdür", – Azərbaycan nefti daşıyan tankerin Xorvatiyanın Omişalj limanına gəlməsi ilə bağlı "Slovnaft"ın icraçı direktoru Marek Senkoviç deyib.
Omişalj terminalına idxal edildikdən sonra 90 min ton Azərbaycan neftinin Adria boru kəməri ilə Bratislava Neft Emalı Zavoduna çatdırılması davam edir. Qeyd olunub ki, apreldə Bratislavada Azərbaycan neftinin emalına başlanılacaq.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Proqramçılar üçün TOP-5 Freelance sayt
Yatırım olmadan necə biznes qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Elon Musk kimdir?
"Freelance" nədir?