"İlkin büdcə göstəricilərinə sonrakı mərhələlərdə dəyişikliklərin edilməsi mümkündür
"Ötən gün açıqlanan "Azərbaycan Respublikasının "2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" sənədindəki göstəricilər icmal və dövlət büdcəsi layihələri üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir".
Bunu Marja-ya Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
Onun sözlərinə görə, büdcə prosesi çərçivəsində Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunvericiliyinə əsasən icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
"Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihələrə baxıldıqdan sonra onlar Milli Məclisə təqdim edilir və həmin sadalanan hər bir baxış mərhələsində icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür", - o qeyd edib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?