IMF: Azərbaycanda sistem əhəmiyyətli banklar üçün kapital tələbi sərtləşdirilməlidir
Azərbaycanda sistem əhəmiyyətli banklar (yəni ölkə üçün strateji əhəmiyyət kəsb edən böyük banklar) üçün daha sərt kapital tələbləri müəyyən edilməlidir.
Bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.
IMF qeyd edib ki, Mərkəzi Bankın bank sektorunda risklərə qarşı atılan addımlar, xüsusilə də 2025-ci il martın 1-dən etibarən banklara əlavə 0.5% kapital ehtiyatı tələbi qoyulmasını və depozit portfellərində yüksək konsentrasiyaya malik banklar üçün rezerv normativlərinin artırılması müsbət addımdır.
Bununla belə, Fond dörd istiqamətdə islahatların davam etdirilməsini tövsiyə edir: "Sistem əhəmiyyətli banklar (yəni ölkə üçün strateji əhəmiyyət kəsb edən böyük banklar) üçün daha sərt kapital tələbləri müəyyən edilməlidir. Birləşdirilmiş nəzarət (consolidated supervision) tam şəkildə tətbiq edilsin. Bu, bankların bütün törəmə və əlaqəli qurumları ilə birlikdə nəzarətə cəlb olunması deməkdir. Böhran zamanı istifadə olunacaq bank iflas (resolution) planları hazırlanaraq tamamlanmalıdır. Fövqəladə likvidlik yardımı (ELA) sistemi gücləndirilməlidir ki, maliyyə bazarlarında təzyiqlər yarananda Mərkəzi Bank operativ müdaxilə edə bilsin".
IMF hesab edir ki, bu tədbirlər bank sisteminin davamlı inkişafını təmin edəcək, maliyyə sabitliyini gücləndirəcək və real sektora kredit axınını artıracaq. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları