İnformasiya Texnologiyaları İnstitutu istedadlı şagirdə hamilik edir
İnformasiya Texnologiyaları İnstitutu süni intellektə, xüsusilə təbii dilin emalı və dərin təlim texnologiyalarına böyük maraq göstərən Landau Məktəbinin 11-ci sinif şagirdi Mehdi Rəsula elmi tədqiqatların aparılmasında hamilik edir.
Bu barədə Marja.az-a İnformasiya Texnologiyaları İnstitutundan bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bildirilib ki, İnstitut istedadlı yeniyetmə Mehdi Rəsulun süni intellekt texnologiyalarının ən aktual, aktiv tədqiq olunan sahələrindən biri olan təbii dilin emalı problemlərinə marağını nəzərə alaraq, onun bu sahədə araşdırma aparmasına dəstək olmuşdur. Nəticədə Mehdi Rəsul tərəfindən hazırlanan "Comparative analysis of machine learning algorithms for sentiment analysis of texts in Azerbaijani and English" ("Azərbaycan və ingilis dillərində mətnlərin sentiment analizi üçün maşın təlimi alqoritmlərinin müqayisəli təhlili") adlı məqalə İnformasiya Texnologiyaları İnstitutunun "Problems of Information Technology" elmi-praktiki jurnalında dərc olunmuşdur. Məqalədə Azərbaycan və ingilis dillərindəki mətnlərin sentiment analizi üçün müxtəlif maşın təlimi alqoritmlərinin müqayisəsi aparılmışdır. İngilis və Azərbaycan dilli mətnlər üçün alınmış nəticələrin analizi göstərmişdir ki, təbii dilin emalında, xüsusilə mətnlərin sentiment analizində yüksək dəqiqlik əldə etmək üçün milli dil korpuslarının böyük əhəmiyyəti vardır.
Qeyd edilib ki, gənc tədqiqatçı Python, Numpy və Javascript kimi proqramlaşdırma dillərini dərindən mənimsəmişdir. O, həmçinin "Cisco Networking Academy", "Python Institute", "Computing Technology Industry Association" (CompTIA) və s. kimi beynəlxalq İT korporasiyaların proqramlarını uğurla başa vurduğuna görə bu təşkilatların müvafiq sertifikatları ilə təltif olunmuşdur.
M.Rəsul 2021 və 2022-ci illərdə "CyberMath Academy" onlayn platformasının təşkil etdiyi müsabiqənin qalibi, 2022-ci ildə Amerika Riyaziyyat Olimpiadasının iştirakçısı olmuşdur.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
"iPhone 15" modelinin üstünlükləri
Ən bahalı otellər hansılardır?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?