İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir

İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir(®) Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi və mükəmməlliyi ilə tanınır.
Omdia bazar araşdırması şirkətinin məlumatına görə, 2022-ci ildə Samsung qlobal TV bazarında yenə də birinciliyə yüksələrək televizor istehsalı sənayesinə ardıcıl 17-ci ildir ki, liderlik etmiş olur. Bu nailiyyət şirkətin premium baxış təcrübələrinə və istifadəçi mərkəzli dizayna sadiqliyinə aid edilə bilər.
Premium məhsul sırasına üstünlük verməklə, Samsung-un televizor sənayesindəki misilsiz liderliyini 17 il ərzində qoruyub saxlamasının ən parlaq göstəricilərindən biri Neo QLED seriyasıdır. 2022-ci ildə Samsung heyrətamiz 9,65 milyon ədəd QLED və Neo QLED televizor sataraq, 2017-ci ildə satışa çıxarılandan bəri məcmu satışları 35 milyon ədədə çatdırıb. 2022-ci ildə də müvafiq olaraq 75 və 80 düymdən böyük televizorlar üçün bazar payı 36,1% və 42,9% olmaqla ultra-böyük televizor bazarı seqmentində yenə də Samsung üstünlük qazanıb. Qiyməti 2500 ABŞ dollarından yüksək olan premium televizor bazarında Samsung 48,6% gəlirlə ən böyük bazar payını saxlaya bilib.
Samsung Electronics-in Vizual Ekran Biznesi üzrə İcraçı Vitse-Prezidenti Çolq Kim fikrini belə ifadə edir: "Son 17 il ərzində sənaye liderliyimiz istehlakçılarımızın məhsullarımıza davamlı sədaqəti və inamı sayəsində mümkün oldu. Biz hətta premium görüntü keyfiyyətindən daha üstün olacaq ən yüksək səviyyəli cihaz təcrübələrinin yaradılmasına yol açmaqda davam edəcəyik."
Samsung-un televizor bazarındakı 17 illik liderliyi şirkətin istehlakçı mərkəzli dizayn və təkmilləşdirilmiş istifadəçi təcrübəsi ilə ən innovativ məhsulları özündə cəmləşdirmək öhdəliyinin bəhrəsidir. 2006-cı ildə Bordeaux TV-nin təqdimatı düşünülmüş dizaynlı və yüngül çəkili LCD televizorları qəbul etdirərək yeni istiqamətin əsasını qoydu. Bu, həm də Samsungun qlobal televizor bazarında birinciliyinin başlanğıcı idi. Şirkət 2009-cu ildə ilk LED televizorunu, 2011-ci ildə isə ilk Smart TV-ni istifadəyə verərək, hər biri üzrə bazarda yüksək mövqe tutaraq, yeni texnologiyaları istehlakçılara yaxınlaşdırmaq yolunu seçdi.
İnnovasiya sərhədlərini aşmağa davam edərək 2017-ci ildə Samsung sənayedə ilk dəfə 100 faiz rəng həcminə nail olmaq üçün kvant nöqtə texnologiyası əsasında QLED televizorunu bazara çıxararaq "növbəti nəsil ekranı" anlayışını təyin etdi. 2018-ci ildə şirkət QLED 8K, ardınca 2021-də Quantum Mini LED ilə dəstəklənən Neo QLED və özünü işıqlandıran MICRO LED-i təqdim etdi. Bu innovativ texnologiyalar toplusu təsvir keyfiyyəti standartlarını yenilədi və sənayedə yeni meyarlar müəyyənləşdirdi. 
Bundan başqa, Samsung Lifestyle seriyası kimi yeni kateqoriyalar üzrə də irəliləyib. 2016-cı ili Serif-in ikonik dizaynı ilə başlayan Samsung The Frame, The Sero, The Terrace, The Premiere və The Freestyle kimi məhsullar vasitəsilə istifadəçi təcrübəsini zənginləşdirmək üçün məhsul sırasını təkmilləşdirməyə davam etdi.
2023-cü ildə Samsung-un innovasiyalara sadiqliyi istifadəçilərin ehtiyaclarını qarşılamaqdan ötrü hazırlanmış intuitiv texnologiyanın inkişafı ilə davam edir. SmartThings prioritet olaraq qalan təhlükəsizlik şəraitində çox sayda cihazların qüsursuz inteqrasiyası və qoşulmasına şərait yaradacaq ki, istifadəçilərin unikal ehtiyaclarını dərindən fərdiləşdirmə hesabına qarşılamağa imkan verəcək.
Ətraflı: samsung.com / marja.az

Maraqlı     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler rubl mezenne birbank online pul qazanmaq dollarin kursu bu gun