"Invest in Azerbaijan" informasiya sistemi yaradılıb - FƏRMAN
İnvestisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və "bir pəncərə" prinsipi əsasında təqdim olunmasını təmin etmək məqsədilə "Invest in Azerbaijan" informasiya sistemi yaradılıb.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Prezidentin fərmanı ilə "Invest in Azerbaijan" informasiya sistemi haqqında Əsasnamə" də təsdiq edilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fərmanla müəyyən edilib ki, "Invest in Azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir.
Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir..

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.
"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
IMEI kod nədir?
Kriptovalyuta nədir və necə alınır?