"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dollar dünya birjalarında möhkəmlənməkdə davam edir
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerikada inflyasiyanın son 41 ilin maksimumlarına yüksəlməsindən sonra FED-in növbəti toplantıda uçot dərəcələrini 1% artıracağı ehtimallarının yüksəlməsi avronun 0.99$-ə qədər ucuzlaşmasına səbəb oldu.Təhlillərə əsasən, hazırda 1.0090 hədlərində mübadilə olunan cütlükdə 1.0060 həddi qırılacağı təqdirdə eniş trendi yenidən sürətlənə bilər.
GBP
Ötən həftə GBPUSD məzənnəsi də kəskin enişlərlə yadda qaldı. Əgər 1.1860 həddinin altında qala bilsə, funt sterlinqin dollar qarşısında 1.1700 hədlərinə qədər ucuzlaşa biləcəyi proqnozlaşdırılır
Bu həftə ərzində Avrozonada və İngiltərədə açıqlanacaq inflyasiya səviyyəsi, biznes aktivliyinə dair göstəricilər, eləcə də İngiltərədə əmək bazarına dair statistik rəqəmlər diqqət mərkəzində olacaqdır.
TRY
TCMB ötən həftə reallaşdırdığı intervensiyay baxmayaraq USDTRY məzənnəsində "buğa"lar yenidən üstünlüyü ələ keçiriblər. 17.48TL qırılacağı təqdirdə qiymətin 18.00TL-yə qədər bahalaşması ehtimal olunur. Bu həftə TCMB-nin faiz qərarı da investorlar təfəfindən maraqla gözlənilir.
OIL
"Brent" nefti ötən həftə 96$-a kimi ucuzlaşsa da buradan dəstək görərək bir qədər bahalaşdı. OİLUK-in bir barel üzrə qiyməti 102$-ın altına düşərsə, yenidən 95$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Enişlə başa vurduğu həftənin ardından qızıl 1697$-dan dəstək alaraq yeni həftəyə bir qədər artımla başlayıb. Qiymətli metalın bir unsiya üzrə dəyərinin 1720$-ın üzərində möhkəmlənə bilsə, 1746$-a (56.14$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti"nin
Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Maliyyə     Tarix: 18 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri