İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – Siyahı

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – SiyahıBir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakın girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2024-cü ilin yanvar-mart aylarının statistikasına nəzər yetirək.
Banker.az xəbər verir ki, bu ilin birinci rübündə ölkəmizdə 16.537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2023-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 1.177 ədəd və ya 6,6% azdır.

Ən çox girov qoyulan daşınmaz əmlaklar
Azərbaycanda girov qoyulan əmlaklar arasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.
Daşınmaz əmlak növləri üzrə  ipoteka müqavilələri 
Əmlak növləri
Müqavilə sayı
Ümumi göstəricidə payı (faizlə)
Mənzil
8249
49,9%
Torpaq sahəsi
4235
25,6%
Fərdi yaşayış evləri
2479
15,0%
Qeyri-yaşayış sahələri
534
3,2%
Qeyri-yaşayış binaları
527
3,2%
Bağ evləri
323
2,0%
Digərlər
190
1,1%
Ümumi
16537
100,0%
 
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
2024-cü ilin birinci rübü yanvar-mart ayları ərzində Bakıda 8.244  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8%-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron (1.812 müqavilə), 2 saylı Sumqayıt (1.350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin ümumi sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
8244
49,9%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
1812
11,0%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
1350
8,2%
4.
5 saylı Xaçmaz Ərazi İdarəsi
899
5,4%
5.
3 saylı Gəncə Ərazi İdarəsi
674
4,1%
6.
7 saylı Bərdə Ərazi İdarəsi
556
3,4%
7.
10 saylı Lənkəran Ərazi İdarəsi
372
2,2%
8.
13 saylı Şirvan Ərazi İdarəsi
331
2,0%
9.
17 saylı Yevlax Ərazi İdarəsi
313
1,9%
10.
9 saylı Qəbələ Ərazi İdarəsi
310
1,9%
11.
11 saylı Şəmkir Ərazi İdarəsi
287
1,7%
12.
15 saylı Tovuz Ərazi İdarəsi
287
1,7%
13.
12 saylı Şəki Ərazi İdarəsi
262
1,6%
14.
6 saylı Beyləqan Ərazi İdarəsi
246
1,5%
15.
14 saylı Şamaxı Ərazi İdarəsi
170
1,0%
16.
8 saylı Cəlilabad Ərazi İdarəsi
165
1,0%
17.
18 saylı Zaqatala Ərazi İdarəsi
149
0,9%
18.
16 saylı Ucar Ərazi İdarəsi
110
0,7%
Ölkə üzrə
16537
100.0%
 
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
2024-cü ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
6023
73,0%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
995
12,1%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
462
5,6%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
245
3,0%
5.
10 saylı Lənkəran Ərazi İdarəsi
211
2,6%
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar
2024-cü ilin yanvar-mart ayları ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
653
26,3%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
373
15,0%
3.
7 saylı Bərdə Ərazi İdarəsi
245
9,9%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
209
8,4%
5.
5 saylı Xaçmaz Ərazi İdarəsi
161
6,5%
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
5 saylı Xaçmaz Ərazi İdarəsi
684
16,2%
2.
2 saylı Sumqayıt Ərazi İdarəsi
683
16,1%
3.
1 saylı Bakı Ərazi İdarəsi
660
15,6%
4.
4 saylı Abşeron Ərazi İdarəsi
367
8,7%
5.
7 saylı Bərdə Ərazi İdarəsi
243
5,7%
 
 
 

Banklar     Tarix: 25 aprel 2024

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq