İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 95 mln. manat artırıldı
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilir.
Bununla da fondun nizamamə kapitalı 893 000 000 manata çatdırılıb.
Bu da 12%, yaxud 95 000 000 manat artımdır.
Bu fərmanın icrası "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.11.6.6.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95 milyon manat hesabına təmin edilməsi qeyd edilir.

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib
Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən bahalı restoranları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?