"İran qaz ixracından 4 ayda 4 mlrd. dollar gəlir əldə edib"
İranın son dörd ayda qaz ixracından əldə etdiyi gəlirlər təxminən 4 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə çərşənbə günü İranın neft naziri Cavad Ovci bildirib.
"Bu ilin ilk dörd ayında (İran təqviminə görə, il 2022-ci il martın 21-də başlayıb – red.) biz neft, qaz kondensatı və qaz ixracını 55% artırdıq. Həmin dörd ayda, biz qaz ixracından təxminən 4 mlrd. dollar əldə etmişik ki, bu da bütün ötən ilin göstəricilərinə bərabərdir", – deyə Cavad Ovci bildirib.
Qeyd edək ki, İran dünyanın ən böyük qaz yataqlarına malikdir və hasilatın böyük hissəsi daxili ehtiyacları ödəmək üçün istifadə olunur. Tehran müntəzəm olaraq bir sıra ölkələrə, o cümlədən Türkiyə və İraqa qaz tədarük edir. Bundan əlavə, 28 noyabr 2021-ci ildə Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında svop qaz tədarükünə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, İran vasitəsilə Türkmənistandan Azərbaycana ildə 1.5 mlrd. kubmetrdən 2 mlrd. kubmetrədək qaz göndəriləcək.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c