İrana sığınan azərbaycanlılar Qarabağda baş verənləri TƏHRİF EDİR
İrana sığınan, axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir.
KONKRET.az Azad İran-a istinadən xəbər verir ki, İrana sığınan axtarışda olan və İran dəstəyi ilə Azərbaycanda "islam inqilabı" etmək iddiasında olan Azərbaycan vətəndaşları özlərinə məxsus "Teleqram" kanallarında Qarabağda baş verənləri təhrif edilmiş şəkildə yayırlar.
Onlara aid "Teleqram" kanalları ermənilərin Kəlbəcər və Laçın bölgələrində təxribatlarını Azərbaycan tərəfinin iddiası adlandırıb, Azərbaycan tərəfinin cavab zərbələrinin Qarabağda deyil, Ermənistan ərazisində həyata keçirildiyini "böyük sual" kimi təqdim ediblər.
"Ermənistanın Gorus, Cermuk və Vardenis şəhərləri Azərbaycan ordusunun artilleriya atəşinə məruz qalıb. Döyüşlər daha çox Qarabağda deyil, hazırda Ermənistanın Sünik vilayəti adlanan Zəngəzur rayonunun ucqarlarında başlayıb. Bu da böyük sual işarəsidir"-deyə, "islam inqilabı" Teleqram kanalı yazıb.
Kanal Azərbaycan Silahlı Qüvvələrinin üç erməni kəndinə də artilleriya zərbələri endirdiyi barədə erməni tərəfinin iddiasını tirajlayıb.
Natiq Səlim,
KONKRET.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi