İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub.
Bununla əlaqədar oktyabrın 3-də media nümayəndələrinin iştirakı ilə məhsulun sözügedən ölkəyə yola salınması mərasimi keçirilib. Ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Media nümayəndələrinə bildirilib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur.
İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar "Geka" brendi adı altında daxili bazara satılmaqla yanaşı, İraq, Özbəkistan, Türkmənistana da ixrac edilir, Rusiya və Qazaxıstana da satış istiqamətində danışıqlar aparılır.








/ marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?