İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək
İsrailin "Spacecom" şirkəti "Azerspace" peyklərinin imkanlarından istifadə edərək xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") məlumatında bildirilir.
Bununla bağlı bu gün "Azərkosmos" və "Spacecom" peyk operatoru arasında uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bildirilir ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan "Spacecom" Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir. Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan "Spacecom" "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.
"Əməkdaşlığımız "Azərkosmos" və "Spacecom" arasında birgə inkişafa gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq", – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.
"Azərkosmos"un telekommunikasiya və teleport xidmətlərindən istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı üçün mühüm addımdır. "Azerspace" peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim ediləcək", – "Spacecom"un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq qeyd edib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
Onlayn biznes növləri