"İstisu" mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
Sentyabrın 2-si Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Kəlbəcər rayonundakı "İstisu" mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq.
Bunu açıqlamasında zavodun direktoru Adil Haqverdiyev bildirib.
"Artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracımızı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavodumuz, həm də ölkəmiz adına qürurverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq", - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, "İstisu" markası ölkə daxilində də böyük marağa səbəb olub: "Çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz "İstisu" markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib. Bu, başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür. "İstisu" markasına xalqın dəstəyi var. Odur ki, qısa zamanda zavod 1 növbəli iş rejimində 100 % doluluqda işləyib, gələn aydan isə biz 2 növbəli iş rejiminə keçməyi planlanlaşdırıq. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması, rayonda sosial-iqtisadi fəallığın artması deməkdir. Ümumilikdə zavodda 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici haldır ki, sakinlər köçdən öncə işlə təmin olunub. Əməkdaşlarımız arasında şəhid ailələri, müharibə qəhrəmanları və iştirakçıları var".
Qeyd edək ki, "İstisu"-Kəlbəcərin İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə Azərbaycan SSR Səhiyyə Nazirliyi ilə birgə professor Mirəli Qaşqayın rəhbərliyi altında elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanır və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki İstisuyun mənbəsinin qazıntısı edilir. Beləliklə, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. Qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev "İstisu" mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən "İstisu" mineral suyun yenidən istehsal edilməsinə başlanılıb.
© "Report"

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10