KABUS GƏLDİ - Su qıtlığı, yeni müharibələr - Bundan sonra nə olacaq?

KABUS GƏLDİ - Su qıtlığı, yeni müharibələr - Bundan sonra nə olacaq?Mərkəzi Asiya ciddi su böhranı ilə üzləşib. Yayın başlaması ilə bölgənin bir neçə paytaxtında eyni vaxtda içməli su çatışmazlığı müşahidə olunur. Digər fatklardan biri də budur ki, məşhur İssık-Kul dağ gölü dayazlaşıb. Mütəxəssislər bildirirlər ki, mövcud tendensiyalar şəraitində quraqlıq silahlı münaqişələrə və böyük miqrasiya dalğasına səbəb ola bilər.
KONKRET.az Orta Asiyada nə baş verdiyini oxucuların diqqətinə çatdırır.
Qırğızıstanda baş verənlər
Qırğızıstanın paytaxtı Bişkek ay yarımdır ki, quraqlıqdan əziyyət çəkir. Mayın ortalarından şəhərin cənub rayonlarında və yaxın kəndlərdə su saatlarla verilir. Suya qənaət etmək üçün şəhər hakimiyyəti bütün şəxsi hamamları, avtomobil yuma məntəqələrini, hovuzları və hətta xalça yuyan məntəqələri bağlayıb. "Bunlar məcburi tədbirlərdir – dayanıqlı su təchizatı üçün anbarları doldurmaq lazımdır", – deyə "Bişkekvodokanal"ın məlumatında bildirilib.
Yerli sakinlər ilk dəfədir ki, belə sərt tədbirlərlə üzləşdiklərindən şikayətlənirlər. "Uşaq üçün süni süd hazırlamağa belə su yoxdur. Bir butulka su üçün mağazaya getməli oldum. Dedilər ki, Ərəbistanda su benzindən bahadır və yəqin ki, tezliklə biz burada onun da şahidi olacağıq", – deyə Arça-Beşik yaşayış massivinin sakini Aydana bildirib. "Nə isti var, nə də soyuq. Və hələ də su veriləndə krandan su çirkli şəkildə damcı ilə gəlir. Dövri olaraq kanistrli maşın gəlir, amma dəqiq qrafik yoxdur. Adamlar çox əziyyət çəkir", – deyə rayon sakinlərindən biri vurğulayır.
Qəzəblənən sakinlər iki dəfə etiraz aksiyasına çıxıblar. İyunun 7-də onlar Bişkekin Cənub magistralını bağlayıblar. Daha sonra şəhərin su təsərrüfatının rəhbəri həmin yerə gəlib və o, etirazçılara problemlərin tez bir zamanda həll ediləcəyini vəd edib. Məhz bundan sonra etirazçılar yolu açıblar. Daha sonra onlarla insan Qırğızıstan paytaxtının kənarındakı Seleksiya kəndində əsas küçəni bağlayıb.
Şəhər rəhbərliyi su qıtlığının istehlakçıların sayının artması ilə bağlı olduğunu izah edir. İl ərzində abonentlərin – evlərin, mənzillərin, ofislərin sayı 7 faiz, bir nəfərə düşən orta istehlak 2,5 dəfə artıb. Rəsmilərin sözlərinə görə, insanlar sudan həddən artıq israfçılıqla istifadə edirlər – asfalt və bağları şlanqlarla sulayırlar, kranları bağlamağı unudurlar. Vətəndaşların cəmi 12 faizində su sayğacı quraşdırılıb, ona görə də bu yanaşma sərgilənir.
Başqa respublikalarda vəziyyət necədir?
Qazaxıstanın paytaxtı Astanada da suyun kəsilməsi qrafikləri tətbiq edilib, çatışmazlıq səbəbindən kranlarda təzyiq azalıb. Vətəndaşlar yaranan çətinliklərdən jurnalistlərə şikayət ediblər. "Bizdə təkcə duşda deyil, tualetdə də su təzyiqi yoxdur. Əsl kabus yaşanır! İçməli su çox çirklidir. Dünən təmiz su gətirdilər. Hamı sevinirdi", – deyə şəhər sakini Əminə Nağayeva jurnalistlərə bildirib.
Oxşar problemlər rayonun digər iri şəhərlərində də qeydə alınıb. Alma-Atanın dağətəyi rayonlarında sakinlər suyun qrafikə uyğun verildiyindən, kəmərdə suyun təzyiqinin durmadan aşağı düşdüyündən şikayətlənirlər. Mütəxəssislər izah edirlər ki, quyular quruyur, yaşayış massivləri böyüyür. İyunun ortalarında Daşkəndin bir neçə rayonu da susuz qalıb. Səbəb kimi isə elektrik şəbəkələrində nasazlığın yaranması göstərilir. Çünki elektrik olmayanda nasos stansiyalarının işi dayanır.
Böhranın səbəbləri nələrdir?
Bu vəziyyətin bir neçə səbəbi var. Bir tərəfdən Mərkəzi Asiyanın əhalisi sürətlə artır. Sovet dövrünün sonunda regionda 49 milyon insan yaşayırdısa, hazırda bu rəqəm 75 milyondan çoxdur. 2050-ci ilə qədər regionda əhalinin sayı 100 milyonu keçəcək.Orta Asiyada hər il orta hesabla bir milyon artır. Böyük şəhərlərdə bu tendensiya daha qabarıq şəkildə özünü göstərir.
Qeyd edək ki, müstəqillik illərində Bişkek əhalisi iki dəfə, Astanada isə dörd dəfə artıb.
Digər vacib məqam iqlim dəyişikliyidir. Meteoroloqların məlumatına görə, bölgədə yay getdikcə isti və quraq keçir, səhraların ərazisi getdikcə genişlənir. Bütün bunlar əhalinin və kənd təsərrüfatı istehsalçılarının su istehlakının artmasına səbəb olur. Nəticədə çaylar və su anbarları dayazlaşır, Aral dənizi demək olar ki, tamamilə məhv edilib. Nəticədə dəhşətli mənzərə yaranıb: yağıntılar azaldıqca su ehtiyatları da tükənir. Bu isə iqlimin daha da istiləşməsinə səbəb olur.
Üçüncü səbəb isə infrastrukturun korlanmasıdır. Sovet hidrotexniki qurğuları xarab olub. Demək olar ki, modernləşdirmə aparılmır. Belə ki, Bişkekdə su borularının 80 faizi köhnəlib, Alma-Atada isə bu rəqəm 60 faizə çatır. Bu baxımdan qəzalar çoxalır, fasilələr yaranır. Bundan əlavə, köhnəlmiş texnologiyalar səbəbindən böyük həcmdə su itirilir. Məsələn, yerli fermerlər damcı suvarma əvəzinə yerüstü suvarma üsulundan istifadə edirlər, bu yanaşma ilə suyun yarısı torpağa gedir.
Nəhayət, region ölkələri bir-biri ilə zəif qarşılıqlı əlaqədədirlər. Sovet hakimiyyəti illərində su ehtiyatlarının bölüşdürülməsi sistemi mərkəzləşdirilmişdi. SSRİ dağılandan sonra hər bir respublika öz problemləri və ehtiyacları ilə baş-başa qalıb. Mübahisələr dəfələrlə ciddi böhranlara səbəb olub. Belə ki, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov Qırğızıstanı yeni su elektrik stansiyalarının tikintisi planlarından əl çəkməyəcəyi təqdirdə onu müharibə ilə hədələyib.
Son vaxtlar münaqişələr azalıb. Məsələn, bu ilin yanvarında Qazaxıstan, Qırğızıstan və Özbəkistan Narın çayı üzərində su elektrik stansiyasının tikintisinə dair razılığa gəliblər. Ancaq bu, birdəfəlik qərardır və daimi koordinasiya hələ də zəif inkişaf edib. Mərkəzi Asiyada Dövlətlərarası Su Koordinasiyası Komissiyası (ICWC) fəaliyyət göstərir, lakin qurumun səlahiyyəti olmadığından öhdəliklərini yerinə yetirməyən ölkələrə təsir mexanizmləri yoxdur. Bundan əlavə, Əfqanıstan ICWC-ə daxil deyil.
Bundan sonra nə olacaq?
Ekspertlər Mərkəzi Asiyanın dərinləşən böhranla üz-üzə olduğunu deyirlər. "Böyük şəhərlərdə su ciddi şəkildə məhdudlaşdırılacaq və onun keyfiyyəti durmadan aşağı düşəcək. Bu, epidemioloji vəziyyətə təsir edəcək. Epidemiyalar başlayacaq, çoxdan məğlub olmuş kimi görünən orta əsr xəstəlikləri qayıdacaq", – deyə nəşrlərdən biri deyir.
Proqnoza görə, su böhranı ərzaq qıtlığına və sosial qeyri-sabitliyə səbəb ola bilər. Ölkələr arasında yeni münaqişələr olacaq və genişmiqyaslı xarakter alacaq.
Rusiyalı ekspertlər deyirlər ki, su böhranı böyük miqyasda miqrasiya problemi yaradacaq.
"Su çatışmazlığı hər il daha çox hiss olunmağa başlayacaq. İqtisadiyyatda, sosial sahədə, aqrar sektorda problemlər daha da pisləşəcək. Dövlətlər inkişafa deyil, sosial partlayışın qarşısını almaq üçün daha çox pul xərcləməli olacaqlar. Bölgə tədricən fəlakət zonasına çevrilə bilər. Aydındır ki, belə şəraitdə yeni miqrantlar peyda olacaq, onların çoxu Rusiyaya gələcək", – deyə MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya şöbəsinin rəhbəri Andrey Qrozin bildirib.
Politoloq Vladimir Jarixin isə hesab edir ki, problemlərin həlli üçün region ölkələri arasında əməkdaşlıq lazımdır:
"Bizə bütün tərəflərin maraqlarını nəzərə alaraq su ehtiyatlarının daha bərabər paylanması lazımdır. Ancaq bunu etmək o qədər də asan deyil".
Hazırladı: Sevinc Paşayeva,
KONKRET.az

Xəbərlər     Tarix: 04 iyul 2023

Oxşar xəbərlər

OpenAI süni intellekt dəstəkli veb-brauzer Atlası təqdim etdi

ABŞ texnologiya şirkəti OpenAI, "ChatGPT Atlas" adını verdiyi süni intellekt dəstəkli veb-brauzerini təqdim edib. xəbər verir ki, OpenAI tərəfindən yayımlanan açıqlamada bildirilib ki, Atlas, mərkəzində ChatGPT-ni

Dərman qiymətləriylə bağlı yeni tariflər tətbiq edilə bilər

Tramp administrasiyası ABŞ-ın ticarət tərəfdaşlarına qarşı dərman qiymətləri ilə bağlı yeni araşdırma hazırlayır. xəbər verir ki, Financial Times nəşrinin verdiyi məlumata görə, bu addım yeni tariflər üçün zəmin yaratma

34 milyon dollarlıq xurma ixrac edilib

Azərbaycan 34,1 milyon dollar dəyərində 47,7 min ton xurma ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarına məxsus göstəricidir. Dövlət Gömrük Komitəsinə istinadən məlumata görə, göstərici 2024-cü ilin eyn

Yaponiyanın istehsalında 19 aylıq daralma rekordu

Yaponiyanın istehsal sektoru, yeni sifarişlərdəki kəskin azalma səbəbindən oktyabrda son 19 ayın ən sürətli daralmasını qeydə alıb. xəbər verir ki, Yaponiya İstehsal Satınalma Menecerləri İndeksi (PMI) sentyabrdakı 48,5 səviyyəsində

Gürcüstan Azərbaycandan 66 milyon dollar dəyərində neft məhsulları idxal edib

Gürcüstan ümumilikdə 972 milyon ABŞ dolları dəyərində, 1,3 milyon ton neft məhsulu idxal edib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-sentyabr aylarına məxsusdur. Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatınd

Özəl sektorda çalışanlar gəlir vergisinə cəlb olunacaq

Özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. xəbər verir ki, qərar gələn ildən etibarən tətbiq ediləcək. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

Almaniyada özəl sektor 29 ayın ən güclü artımını göstərdi

Almaniyanın özəl sektoru, dördüncü rübün əvvəlində son iki yarım ilin ən güclü artımını yaşayıb. xəbər verir ki, xidmət sektorundakı canlanma artımı dəstəkləyib və yeni sifarişlər ilə yığılıb qalmış işlərdə artım müşahid

Türkiyədən Çin mallarına qarşı yeni məhdudlaşdırıcı addım

Türkiyə, üç kateqoriyaya aid Çin mallarının daşınmasına məhdudiyyət tətbiq edib. xəbər verir ki, Ticarət Nazirliyi yayımladığı ümumi əmrlə sağlamlıq baxımından yüksək riskli hesab edilən ayaqqabı, oyuncaq və dəri məmulatlarını

Suriyanın yenidən qurulma xərcləri 216 milyard dollar olaraq hesablanıb

Dünya Bankı, Suriyanın münaqişədən sonrakı bərpa xərclərinin 216 milyard dollar olaraq qiymətləndirildiyini bildirib. Bankın açıqlamasında, ölkə miqyasında infrastruktur və tikili aktivlərinin vəziyyətini əhatə edən "Suriy


iqtisadi xeberler bu gunun xeberleri valyuta kurslari telefonla pul qazanmaq kicik biznes