"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
"Atəşgah Sığorta" ASC 2025-ci ili 1 milyon 684 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 49,8 % və yaxud 2 dəfə azdır.
Ötən il "Atəşgah Sığorta"nın gəlirləri 71 milyon 909 min manat (əvvəlki ilə nisbətən 3,2 % çox), xərcləri 69 milyon 804 min manat (6,6 % çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (49,8 % az) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Atəşgah Sığorta"nın aktivləri 65 milyon 841 min manat olub ki, bu da illik müqayisədə 19,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,1 % azalaraq 48 milyon 524 min manata düşüb, balans kapitalı isə 4,4 % azalaraq 17 milyon 318 min manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon 9 min manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?