Kağız üzərində zəmanət, reallıqda hüquq pozuntusu: Firma alıcıya qarşı haqsızlıq edib
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində daha bir şirkətə qarşı inzibati protokol tərtib olunub.
Müştəriyə qüsurlu mal, müqaviləyə gizli tələ: "Embawood" alıcının hüququnu pozdu!
FED.az xəbər verir ki, bu dəfə qaydaları pozan şirkət "Azerbaijan Technologies" firması olub. Müəyyən edilib ki, şirkət satdığı məhsullarla birlikdə təqdim etdiyi zəmanət talonlarında, qanunvericiliklə müəyyən olunmuş istehlakçı hüquqlarını məhdudlaşdıran qeyri-qanuni şərtlər yer alıb. Başqa sözlə, alıcıya təqdim olunan sənədlərdə, onun gerçək hüquqları bilərəkdən azaldılıb və ya gizlədilib.
Bu faktla bağlı 22 yanvar 2025-ci il tarixində inzibati protokol tərtib edilib. Belə hallar "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 16-cı maddələrinə ziddir.
Qanunvericiliyə əsasən, satıcılar zəmanət sənədlərində istehlakçının hüquqlarını tam və şəffaf şəkildə əks etdirməlidirlər. Əgər zəmanət sənədində istehlakçının əslində malik olduğu hüquqlar məhdudlaşdırılırsa, bu artıq İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə uyğun olaraq qanun pozuntusu hesab olunur.
Alıcıların hüquqlarına zidd istənilən cəhd ciddi şəkildə nəzarətə götürülür və pozuntu hallarına qarşı qanuni tədbirlər görülür.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab