Kanada Mərkəzi Bankı faizini endirməyə davam edir

Kanada Mərkəzi Bankı faizini endirməyə davam edirKanada Mərkəzi Bankı (BoC) ardıcıl üçüncü iclasında pul siyasəti faizini 0,25 faiz bəndi də azaldaraq 4,25 faizə endirib.
Marja xəbər verir ki, BoC-ın yaydığı açıqlamada inflyasiyanın gözlənildiyi kimi iyul ayında 2,5 faizə düşdüyünə diqqət çəkilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Açıqlamada, inflyasiya təzyiqlərinin azalması ilə bağlı faizin daha 0,25 faiz bəndi azaldılmasına qərar verildiyi bildirilib: "İqtisadiyyatda həddindən artıq təklif inflyasiya üzərində aşağı istiqamətli təzyiqlər yaratmağa davam edərkən, mənzil və bəzi digər xidmətlərin qiymət artımı inflyasiya üzərində yuxarı istiqamətdə təzyiq yaradır".
Açıqlamada inflyasiyaya qarşı olan bu qüvvələrin diqqətlə qiymətləndirildiyi, pul siyasəti qərarlarının gələcək məlumatlara və onların inflyasiya proqnozlarına təsirlərinin qiymətləndirilməsinə əsaslanacağı vurğulanıb.
BoC-ın İdarə Heyətinin üzvü Tiff Macklem, ölkədə inflyasiya proqnozlara uyğun olaraq ümumi olaraq azalmağa davam edərsə, faiz dərəcəsində daha da azalma gözləməyin ağlabatan olacağını bildirib.
Bank ilk faiz endirimini iyun ayında edib
İyun ayında BoC pul siyasəti faizini 5 faizdən 4,75 faizə endirərək son 4 ildə ilk faiz endirimini edib. Bank ardınca İyul ayında 0,25 faiz bəndi endirim edilərək uçot dərəcəsini 4,5 faizə endirilmişdi.
BoC, G7 ölkələri arasında inflyasiyanı cilovlamaq üçün aqressiv faiz artımından sonra yumşaq pul siyasətinə başlayan ilk mərkəzi bank olub.
Kanadada inflyasiya 2022-ci ildə 8,1 faiz ilə son 40 ilin ən yüksək səviyyəsinə çatmış və BoC inflyasiyanı hədəfə qaytarmaq üçün 2022-ci ilin martından sonra faiz dərəcələrini 10 dəfə artırmışdı.
Sonuncu dəfə 2023-cü ilin iyul ayında keçirilən iclasında faiz dərəcələrini artıran BoC, faizini 22 ilin ən yüksək səviyyəsi olan 5 faizə qaldırmışdı. 
Ötən ilin sentyabr, oktyabr və dekabr aylarında faiz dərəcəsini dəyişməyən BoC, bu ilin yanvar, mart və aprel aylarında keçirdiyi iclaslarda faiz dərəcəsini sabit saxlamışdı.  / marja.az

Maliyyə     Tarix: 05 sentyabr 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank