Kapital Bank 30-cu "Euromoney" Mərkəzi və Şərqi Avropa Forumunda

Kapital Bank 30-cu ®Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu "Euromoney" Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın  öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.
"Euromoney" Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün    saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank