Kapital Bank depozit faizlərini 10%-ə qaldırdı

Kapital Bank depozit faizlərini 10%-ə qaldırdı®Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 mart tarixinədək keçərlidir. Ətraflı məlumat üçün:   
Birbank tətbiqində təklif etdiyimiz Rəqəmsal depozit məhsulunda da əmanət faizləri artırılıb. 31 mart tarixinədək davam edəcək kampaniya çərçivəsində yerləşdirilən rəqəmsal depozitlərdə müştərilər 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000 manat məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən "Rəqəmsal depozit"dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində "Daha çox" bölməsindən "Depozitlər"i seçməli və "Yeni depozit" bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir. Ətraflı məlumat üçün:  
Kapital Bank-ın USD valyutası üzrə depozit faizi isə 3.5%-dir. Ən yaxın Kapital Bank filialına yaxınlaşaraq əmanət müddəti 12 aydan 36 ayadək olmaqla 500 dollardan yuxarı istənilən qədər məbləği banka əmanət etmək olar. Əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq mümkündür. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin illik faiz dərəcəsi xarici valyutada 2,5%,  həcmi isə 100 000 manat ekvivalentindədir. Ətraflı məlumat üçün:  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 18 yanvar 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri