Kapital Bank depozit faizlərini artırdı

Kapital Bank depozit faizlərini artırdı®Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə, USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb. 
AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir. 
Bundan başqa tezliklə Birbank mobil tətbiqində yeni başdan-başa "Rəqəmsal depozit" məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır. 
Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür:
140 ildən çox tarixə malik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler biznes krediti bitkoin almaq dollarin kursu bu gun kripto