Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
®25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir.
"Kapital Bank" ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.153-"Port Baku Towers 2" ünvanında yerləşir. Qeyd edək ki, bu barədə məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi. Eyni zamanda, bu gündən etibarən bankın "28 May" filialı fəaliyyətini dayandırır və müştərilər eyni xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Mərkəz filialından ala bilərlər. Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Qeyd edək ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir. Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də bariz nümunəsidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?