Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir.
Bankın yaydığı məlumatda bildirilir ki, "Kapital Bank" ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.153-"Port Baku Towers 2" ünvanında yerləşir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, bu barədə məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi.
Eyni zamanda, bu gündən etibarən bankın "28 May" filialı fəaliyyətini dayandırır və müştərilər eyni xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Mərkəz filialından ala bilərlər. Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Qeyd edilib ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir. Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də bariz nümunəsidir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler bitkoin bitcoin qiymeti bitcoin valyuta mezennesi