Kapital Bank-ın dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı başa çatdı
®Ötən gün "Təhsil oyunları platforması" layihəsi çərçivəsində şagirdlər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin "Golden Humanitar" komandası çempionatın üçüncüsü seçilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin "Second RT team" komandası ikinci yerdə qərarlaşıb. Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin "Birlik" komandası isə bilik yarışında birinci ola bilib.
X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə üçüncü yerə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının "Dahilər" komandası sahib çıxıb. Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin "Moonlight" komandası ikinci seçilib, Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyinin "Zəkalar Sr" komandası isə birincilik adına layiq olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, məktəblilərin intellektual platforması olan "Nə? Harada? Nə zaman?" oyunu "Təhsil oyunları platforması" layihəsi çərçivəsində 2020-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları