"Kapital Bank" süni intellekt ilə xidmətini daha da təkmilləşdirib - SƏDRİ MƏLUMAT PAYLAŞDI

"Kapital Bank" ASC  süni intellektin köməyilə təqdim etdiyi xidmətlərin sayını artırıb. Artıq bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Marja.az xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov Linkedin sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
Bankın İdarə Heyətinin sədri qeyd edib ki, bugün süni intellekt əsaslı texnologiyalar şirkətlərə müxtəlif istiqamətlərdə xidmət keyfiyyətini maksimallaşdırmaq üçün saysız imkanlar yaradır:
"Biz də bir neçə ildir ki, önəmli addımlar ataraq, süni intellekt əsaslı texnologiyalara investisiya edir, xidmət sahəsində tətbiq etdiyimiz innovasiyalar ilə seçilirik. Belə ki, ötən ilin sonu süni intellekt ilə gücləndirilmiş zəng və "Çat" sorğu xidmətini müştərilərimizin istifadəsinə verdik. Bu texnologiya sayəsində müraciət edən müştərilərimiz 1 saniyədən də az vaxtda sorğularına cavab alırlar. Bugünədək "Çat" sorğularının 53%-i insan köməyi olmadan həllini tapıb.
Müştəri sorğularına uyğun olaraq özünü təkmilləşdirən bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Əminəm ki, bütün bu təşəbbüslərimiz müştərilərimizə daha sürətli və keyfiyyətli xidməti təmin edəcək".

Banklar     Tarix: 19 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri