Kart sahibləri dələduzların "tələsinə" düşməmək üçün bu hərəkətləri etməməlidirlər

Kart sahibləri dələduzların Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Rəşad Qasımov "Kart dələduzluğuna qarşı mübarizə tədbirləri" mövzusunda sualları cavablandırıb.
-Fırıldaqçılar daha çox hansı üsullar vasitəsilə kart məlumatlarını əldə etməyə çalışır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
- Fırıldaqçılar müxtəlif üsullarla – özlərini bank əməkdaşı kimi təqdim edərək zənglər edərək, maillər yazaraq və ya telefona mesajlar göndərərək kart məlumatlarını əldə etməyə və vəsaitlərdən qanunsuz olaraq istifadə etməyə cəhd göstərə bilərlər. Bu səbəbdən heç bir halda kart məlumatları 3-cü tərəflərə təqdim ediməməli və kart məlumatlarını sorğulayan zəng, mail, mesajlar cavablandırılmamalıdır.
Son dövrlərdə fırıldaqçılar tərəfindən ən çox istifadə olunan metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır. Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər.
- Ödəniş kartından istifadə zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?
- PİN kod heç bir halda kartın üzərində qeyd olunmamalıdır. Eyni zamanda, PİN koda dair məlumatları kartla bir yerdə saxlamaq tövsiyə olunmur. Əks təqdirdə, pul kisəniz itirildikdə və ya oğurlandıqda kartınız üzrə bütün məlumatlar səlahiyyətli olmayan şəxslərin əlinə keçəcəkdir.
Kartla aparılan bütün əməliyyatlardan anında xəbərdar olmaq üçün mobil bankçılıq xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Hər hansı şübhəli hal baş verdikdə, internet və ya mobil bankçılıq xidmətlərindən istifadə etməklə və ya bankın qaynar xəttinə zəng etməklə kartı dərhal bloklaşdırmaq və məsələnin araşdırılması üçün müvafiq banka müraciət etmək lazımdır.
İnternet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşulmaq və əməliyyatları SMS vasitəsilə əldə olunan birdəfəlik şifrə ilə başa çatdırmaq tövsiyə olunur.
- Mərkəzi Bank tərəfindən kart dələduzluğuna qarşı mübarizə tədbirləri çərçivəsində hansı işlər görülür?
-Qeyd edim ki, Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirlir. Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı" hazırlanmışdır. Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanmışdır və hazırda Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanmaqdadır.
Eyni zamanda, qeyd etmək istərdim ki, rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin aparılması, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrindən ibarət xüsusi işçi qrupu fəaliyyət göstərir. Banklar tərəfindən müəyyən edilən dələduzluq halları ilə bağlı məlumatlar sözügedən işçi qrupunda təmsil olunan hüquq-mühafizə orqanlarının, eləcə də digər müvafiq dövlət qurumlarının nümayəndələrinə təqdim olunduqdan sonra aidiyyəti qurumlar tərəfindən dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin araşdırılması, aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri işlər həyata keçirilir.
- Kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi təqdirdə nə etməli?
- Kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi hallarda kart dərhal bloklaşdırılmalıdır. Kart sahibi xidmət olunduğu bankın məlumat mərkəzinə və ya qaynar xəttə zəng edərək, eyni zamanda mobil və internet bankçılıq xidmətlərindən istifadə etməklə kartı bloklaşdıra bilər. Bu zaman kart üzrə bütün əməliyyatlar dayandırıldığı üçün vəsaitlərin itirilməsi riski aradan qalxmış olur.
- İnternet və mobil bankçılıqdan istifadə zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?
- İnternet və mobil bankçılıq xidmətlərindən istifadə edərkən qeyd edəcəyimiz təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur. Belə ki:
- Bank hesabına daxil olmaq üçün ictimai kompüterlərdən və ya şəbəkələrdən istifadə edilməməli;
- Bank məlumatları 3-cü tərəflərlə bölüşülməməli;
- Təkrarlanan və ya asanlıqla ehtimal oluna bilən şifrələrdən istifadə edilməməli;
- Bank hesabları daim nəzarətdə saxlanılmalı, hər hansı şübhəli halla rastlaşılan zaman dərhal hesaba xidmət göstərən müvafiq bank məlumatlandırılmalıdır. / marja.az

Banklar     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti


iqtisadi xeberler depozit faizleri dollar manat kursu pul qazanmaq dollar kursu