Bank ölən şəxsin borcunu vərəsədən tələb edə bilərmi?
Son günlər sosial şəbəkələrdə vəfat edən şəxslərin kredit borcu ilə bağlı müzakirələr artıb.
Paylaşımlarda iddia olunur ki, banklar vəfat edən şəxslərin kredit borclarının ödənilməsini ailə üzvlərindən tələb edir.
Maraqlıdır, belə hal yarandıqda qanunla borcu kim ödəməlidir?
Hüquqşünas Vüsal Cəfərov bildirir ki, borclanan şəxsin ölümündən sonra qalan kredit məbləği miras passivi sayılır və bu borc yalnız mirası qəbul edən vərəsələr tərəfindən ödənilməlidir.
Onun sözlərinə görə, vərəsələr qəbul etdikləri miras əmlakının dəyəri həddində məsuliyyət daşıyırlar. Yəni miras əmlakı hansı məbləğdədirsə, borc da yalnız həmin məbləğ çərçivəsində ödənilə bilər. Əgər vəfat edən şəxsin miras aktivi yoxdursa, yəni onun adına dəyərli əmlak qalmayıbsa, vərəsələr heç bir məsuliyyət daşımır və bank onların qarşısında tələb irəli sürə bilməz.
Qanunvericiliyə görə, kredit götürən şəxsin həyatı sığortalandığı halda isə borc sığorta şirkəti tərəfindən ödənilir. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv