KİV: Donald Tramp prezidentliyə namizəd olarsa, 103 milyon dollara nəzarəti itirəcək
ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezidentliyə namizədlik barədə müsbət qərar verdiyi təqdirdə 103 milyon dollara nəzarəti itirəcək.
Donald Tramp bu vəsaiti seçkidən sonra yaradılan "Amerikanı xilas et" siyasi fəaliyyət komitəsinin rəhbəri kimi idarə edir. Lakin ABŞ qanunlarına görə, seçkilərə qatılan kimi bu məbləğ onun üçün əlçatmaz olacaq.
ABŞ-ın sabiq prezidenti namizədliyini irəli sürdükdən sonra seçki komitəsinin işini təmin etmək üçün həmin vəsaitindən cəmi 5 min dollar götürə biləcək.
Qeyd edək ki, Donald Tramp "Nyu-York" jurnalının əlavəsi olan "Intelligencer" nəşrinə müsahibəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. "The Washington Post" qəzetinin məlumatına görə, o, seçkilərdə iştirakını sentyabr ayınadək elan edə bilər.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki