KİV: Türkiyə Rusiya ilə qaz qiymətlərinə endirim məsələsini müzakirə edəcək
Türkiyə nümayəndələri cümə günü Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmağı planlaşdırır və bu danışıqlarda Rusiyadan idxal olunan qaza 25%-dən çox endirimin tətbiqi ilə bağlı müzakirələr aparılacağını gözləyir.
Bu barədə "Bloomberg" Türkiyənin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Ankara güzəştin 2023-cü il ödənişlərinə və 2022-ci ildə edilən bəzi ödənişlərə tətbiq edilməsini hədəfləyir. Türkiyə istədiyi endirimi əldə edə bilməsə, o zaman ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına çalışacaq.
Agentliyin məlumatına görə, saziş bağlanacağı təqdirdə lirəyə təzyiqləri azaldacaq və 2023-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində enerji qiymətlərinin artmasının qarşısını alacaq. / banker.az
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki