KOB-ların 19 layihəsinin maliyyələşdirilməsi üçün - QRANT AYRILACAQ

KOB-ların 19 layihəsinin maliyyələşdirilməsi üçün - QRANT AYRILACAQMikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş dördüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 382 layihədən 19-nun maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq. 
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının noyabrın 29-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 369-u KOB subyekti və 13-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 382 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 163-ü hüquqi, 206-sı fiziki şəxslərə, o cümlədən 357-si mikro, 12-si kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 178-si təhsil, 23-ü elm, 51-i tədqiqat, 130-u dəstək layihələridir. 
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinə sənəd qəbulu 14 avqust-13 sentyabr 2023-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 15 sentyabr-14 noyabr 2023-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. 
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: 

Biznes     Tarix: 29 noyabr 2023

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir

"Take-Two Interactive Software" şirkətinin yeni oyunu "Grand Theft Auto VI" ("GTA 6") satışa çıxdığı ilk gün 3 milyard 790 milyon dollar satış gəliri təmin edib. Şirkət bu nəticəyə əsasən oyun

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ 

Bakı şəhərindəki restoranların dövriyyəsi sürətlə artmaqdadır. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə (restoranların) dövriyyəsinin həcmi 2 milyar

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler kripto leobank kart dollar manat kursu internetden pul qazanmaq